Al Market haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Al Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Al Market barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (96)
-
Çox bərbad haldadır. Al Market, Oba Market — işçi az olması çox zəifdir. Selofan paket pulu alınır. ƏDV çekləriniz bərbad haldadır. Elə bil əlnən yazılıb, yox dərəcəsindədir. Bir sözlə, bərbad.
-
Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar kəndi, Əsbət Əsədova müştəriləri ilə kobud rəftar edir. Çox özbaşınalıq edir, uyğun olmayan davranış göstərir. Kənd camaatı olaraq xahiş edirik, onu işdən azad edin. Əks halda hər şey pis olacaq. Birbaşa baş ofisə gedəcəyəm.
-
Qaradağ rayonu, Şıxlar kəndində əməkdaş Əsbət Əsədova müştərilərlə kobud rəftar edir. Xahiş edirəm, bu məsələ araşdırılsın.
-
Qəbələ Vəndam işçiləriniz müştəri ilə maraqlanmırlar. Çox kobud, bir malı kassaya iki dəfə vurub əlavə ödəniş istəyirlər. Kassaya malı verəndə çağırıb gətirirlər, minnət edirlər adama.
-
Dünən Maştağada olan Al Marketdən sosis və Fanta aldım. Evə gələndən sonra saxlama müddətinə baxdım, üzərindən 2 ay keçib.
-
Çox ucuzdur.
-
Sizdən alış-veriş edirəm, amma çek vurmaq olmur ƏDV üçün, niyə?
-
Yalanndan nömrə qoymusunuz, niyə heç birinə cavab verirsiniz? Camatı uşaq yerinə qoymusunuz? Bir neçə dəfə dəyişəcəyəm, cavab verməsələr, hara lazımdır şikayət edəcəm.
-
Xankəndi şəhərində Al Market şəbəkəsində özbaşınalıq var, xahiş edirəm, aradan qaldırasınız. Kassa 1-i işləyir və müştəriylə danışıq qabiliyyəti yoxdur.
-
Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq. Birini pulla alsanız, digərinə verəcəm, olmasa xarici işlər məhkəməsinə qədər gedəcəm rəyləri oxuyuram, utanın yerə girin, ayıb olsun sizlərə.
Bələdçi.az saytının Al Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Al Market Baku reyler, almarket haqqinda reyler, Al Market shikayet, almarket reyler, Al Market kampaniyalar, Al Market sikayet, unvan
Bakıda
