Mən, Ceyla Zeynalova 30 avqust 2025-ci il tarixində ABB Bank mobil tətbiqi vasitəsilə UPT sistemi ilə Türkiyədəki Akbank hesabına pul köçürməsi etmişəm. Lakin bu günə qədər vəsait qarşı tərəfin hesabına çatmayıb. Məsələ ilə bağlı dəfələrlə yoxlama aparmışam, online chat’a yazmışam, hətta banka da getmişəm, lakin əməliyyat hələ də tamamlanmayıb. Bu, həm vaxt itkisinə, həm də ciddi narahatlığa səbəb olur. Qarşı tərəfə də gözlətmə üçün əlavə xərc olur. Xahiş edirəm, köçürmənin vəziyyəti barədə təcili araşdırma aparılsın və mənə rəsmi cavab təqdim edilsin. Əlavə olaraq, gecikmənin səbəbi izah edilsin və əməliyyatın dərhal icrası təmin edilsin. Əks halda, aidiyyəti dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalacağam.
ABB haqqında daha çox rəy oxu