
Azeronline haqqında şikayətlər və rəylər

Siz bu səhifədə Azeronline haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Azeronline barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (201)
-
Salam, internet işləmir. Yaşlı, tək qalan qadınam, xəstəyəm, evdən çıxa bilmirəm, ayaqlarım işləmir, deyirlər müqavilə bağlamaq lazımdı. Mən gedə bilmirəm, axı heç yerə. Mənə köməklik edin, internetimin ödənişidə var. Mənə kömək edin.
-
Azeronline cavablayır: 5 ay əvvəl
Salam. Zəhmət olmasa abunə kodunuzu tam şəkildə qeyd edin sizə məmnuniyyətlə dəstək olaq.
-
-
Salam, mən dünan axşamdan şikayət etmişəm ki, internet işləmir, hələ də maraqlanan yoxdur
-
Azeronline cavablayır: 5 ay əvvəl
Salam. Çətinlik aradan qaldırılıb.
-
-
25 AZN ödmüşəm, wifi açılmır. 1 ay 14 gündür ödəmirdik, ödədik açılmadı. İndi 25 AZN yenə vurmalıyam. 🤔
-
Azeronline cavablayır: 5 ay əvvəl
Salam. Tarifiniz 25 azn - 100 mbpsdır.
-
-
Salam mən müqavilədə 15 AZN 40 mbsan müqavilə bağlamışam, birdən birə 25 azn qalxması düzgün deyil. Mənə 40 mbsan də bəs edirdi, mənim şirkətim yoxdurki 40 mbsan bəs etmiyə. Onsuzda 100 mbsan surət heç yoxdur yenədə 20, 30 mbsandir
-
Azeronline cavablayır: 5 ay əvvəl
Salam. Sürət zəifliyi ilə bağlı müraciətinizi qeydə ala bilməyimiz üçün müştəri kodunuzu qeyd etməyiniz xahiş olunur.
-
-
Dünən axşamdan internet dayanıb, xahiş edirəm, köməklik edəsiniz, Ağcabədi rayon Rəncbərlər kəndi.
-
Azeronline cavablayır: 6 ay əvvəl
Salam. Çətinlik davam edir? Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Salam, tarif 25 manatdır, veteran 18 manatdır, mənim atam veterandır, internet də onun adına qeydiyatdan keçib. Amma 18 manat yükləyirəm, açılmır, əlaqə saxlamaq istəyirəm, qoşulmaq olmur, xahiş edirəm, buna baxılsınız.
-
Azeronline cavablayır: 6 ay əvvəl
Salam. İnternetiniz artıq aktivəşib.
-
-
Artıq 8 gündür internet işləmir, hər gün zəng edirəm deyirlər baxılacaq və ya nümayəndə gəlib düzəldib amma heç kim gəlib baxmır.
-
Azeronline cavablayır: 6 ay əvvəl
Salam. İnternetiniz artıq aktivləşib.
-
-
Salam, tarif artıb 25 AZN olub, 2 aydır ödənişi də edirəm, evin içində set tutmur. Gəlin yeni aparat quraşdırın. Köhnə aparat dəstəkləmir. Əks halda yazılı ərizə ilə bütün aidiyyatı orqanlara şikayət edəcəm.
-
Azeronline cavablayır: 6 ay əvvəl
Salam. Modeminiz dəyişildi.
-
-
1 həftədir müraciət etmişəm, yığıram, qaynar xəttə saatlarla xəttə gözlədirlər, nə qədər balans gedir, cavab vermhər cür də şikayət etmişəm, camaatı dolayıblar, gəlib çəkmirlər interneti.
-
Azeronline cavablayır: 6 ay əvvəl
Salam. Sizə kömək edə bilməyimiz üçün müştəri kodunuzu qeyd edin zəhmət olmasa.
-
Bələdçi.az saytının Azeronline şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Azeronline Baku reyler, azeronline haqqinda reyler, Azeronline shikayet, azeronline reyler, Azeronline kampaniyalar, Azeronline sikayet, unvan
Bakıda
Azeronline cavablayır: 5 ay əvvəl
Salam. Sorğunuzu qeydə aldıq.