Mən azpulmatdan kredit götürmüşdüm və 1 həftə gecikməyə düşdü. Sonra götürüb kontaktlarıma daxil olub anamı yığıblar, halbuki anamın borcdan xəbəri yox idi. Plus mənim məlumatlarımı 3-cü şəxsə ötürürlər. Anam qaynar xəttə zəng etdi, bəs dedilər video təsdiqləməni görmək istəyirik, məlumat verildi ki, gəlib baxa bilərsiniz istədiyiniz vaxt. Baxmayaraq ki həmin şəxs mənim anamdır, mən məlumatlarımın 3-cü şəxslərə ötürülməsini istəmirəm. Mənim anamın kreditdən xəbəri yox idi — nə üçün götürüb kontaktlara daxil olub anamı yığıblar? Plusda video təsdiqləməni göstərəcəklərini deyirlər? Bu hüquq pozuntusu deyil? Mən istəmirəm mənim məlumatlarım 3-cü şəxslərə göstərilsin, həmin adam anam olsa belə. Xahiş edirəm bu məsələyə baxasınız və mənim məlumatlarım 3-cü bir şəxsə göstərilməsin. Borc mənim borcumdur və ödəyəcəm, amma heç kimə heç nə göstərilməsin. Heç bəyənmədim bu addımınızı, təkrarən xahiş edirəm baxılsın bu məsələyə.
Azpulmat haqqında daha çox rəy oxu