AZZA haqqında şikayətlər və rəylər
Siz bu səhifədə AZZA haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin AZZA barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (36)
-
Azza şirkətinə dırnaq arası "Napalyon" tortunu bəyənmədiyimi söylədim, geri qaytardım, tortun nəinki pulunu, hətta özünü mənə geri qaytarmadılar. Bildirdim, şikayət edəcəyəm və mən düz olduğum üçün tortu da yəqin özləri yedilər. Azzada ofisdə çalışanlar müştəri ilə rəftar etməyi bacarmırlar, kobud cavab verirlər. Mənə çox maraqlıdır, bu qədər şikayətlərin, zəhərlənmələrin qarşısında niyə Azza bağlanmır? Görəsən, İqtisadiyyat Nazirliyi hara baxır? Ümid edirəm ki, mənə tezliklə cavab verəcəklər.
-
04.03.2026 ildə Bakıxanov küç. Aldığım Napalyon tortu həm köhnə, həm də Napalyon adıyla içi 4 korjdan ibarət idi. Yalançı tort. Tortu qaytardım, amma pulu geri vermədilər. 05.03 mэənə zəng edib, mənimlə kobud danışdı; xanım mənə 'get, hara istəyirsən şikayət et' dedi və nömrəmi blok etdi. Bilmək olar, kimə güvənirsiniz? Mən pulumu geri istəyirəm.
-
A. A. Bakıxanov, Nəsimi r. filialı - xidmət, müştəri ilə olan münasibət bərbaddır. Vaxtı keçmiş məhsulları, vaxtı keçməyə saatlar qalmış məhsulları satırlar, həmçinin etiraz bildirdikdə məhsulların qaytarılma və dəyişdirilməsinin mümkün olmadığını bildirirlər.
-
Neftçilər filialında işləyən satıcı və özünə menecer deyən çox bərbad və səviyyəsizdilər. Danışığını bilməyənlər!
-
Azza Xəzər rayonunda müştəri ilə kobud danışılır, məhsullar göstərilmir.
-
Xəqani küç yerləşən Azza filialına tez-tez gedirəm. Satıcı xanım çox köbud rəftar edir. Rəfiqəmlə trüfel şokoladı almaq istədik, vitrində yox idi, satıcı isə bizə dedi ki, “Əgər heç nə almırsınızsa niyə gəlmisiniz!”
-
Bu gün Azzadan tiramisu tortu aldım. Qiyməti 9.50-dir. Məndən isə mars tortunun qiyməti yəni 12.50 çıxılıb. Ümid edirəm ki, bu kiçik bir kassir səhvi idi. Çünki belə hallar yol verilməzdir. İşini bacarmırsansa görmə. Sənə görə artıq pul ödəməli deyiləm.
-
Bu AZZA artıq ağlını çıxardıb, özdə dəhşət. Həmişə burdan alış-veriş edirik. Öz daimi müştərisini itirdi AZZA. Tort istədim, tortu səhv veriblər, yolda gördüm səhv veriblər, gətirdim istədiyim tortla dəyişməyə. Heç tortun soyuqluğu üstündən keçməyib. Dedilər qaynar xəttdə yıq yığdım. 40 dəqiqədir gözləyirik, hələ də cavab vermirlər. Hələ də cavab verməyiblər. Bu nə məsuliyyətsizlikdir.
-
Azza məhsullarını həmişə sevərək alırıq. 15 iyun tarixində Masazır dairəsinə yaxın filialda 12,5 AZN napoleon tortu aldım. Heç vaxt şübhə eləmirdim, məhsulunuz köhnə ola. Amma bu dəfə sual verdim, dedilər təzədir. 1-ci dəfədir napoleon tortunu belə dadsız, xırçıltısız yeyirəm. Bəlkə də o məhsulun bu gün son günü idi. Tərkibi xəmiriə keçmiş, islaq hal almışdı.
-
Bu azza artıq zibilini çıxardı, nəyisə səhvdən alanda onu dəyişmək istəyirsən, dəyişmirlər, amma özləri boyat şirniyyat satırlar. Bu qida təhlükəsizlik agenti hara baxır, görəsən niyə bunlarla maraqlanan yoxdur, özləri necə istəyirlər, elə də hərəkət edirlər.
Bələdçi.az saytının AZZA şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
AZZA Baku reyler, azza haqqinda reyler, AZZA shikayet, azza reyler, AZZA kampaniyalar, AZZA sikayet, unvan
Bakıda
