Salam, mənim nömrəm biznes (Gold) nömrəsidir, müəyyən səbəblərdən 2 ay ödəniş etmədim, lakin balansımdan hər ayın pulu çıxılmasına baxmayaraq tarifdən istifadə edə bilmədim. Bakcell operatoruna deyirəm ki, elədirsə xəttimi açıq saxlayın, mən tariflərdən istifadə edim ki, borcumu qaytarım, deyir yox, ödəniş edin, xətt açılsın, üstəlik xətt açıldıqdan sonra yalnız sonuncu ayın tarifindən istifadə edə biləcəm. Bu nə dərəcədə düzdür.
Bakcell haqqında daha çox rəy oxu