Salam, Mən Baku Electronicsin müştərisiyəm. İyun ayının 19-u mənim ad günümə özəl 5 faiz kəşbek kampaniyası ilə bağlı bildiriş mesajı gəlib və həmin həftə verilən tarix ərzində 600 AZN dəyərində nağd kondisioner almışam. Mənə deyilən məlumata görə məhsulun dəyərinin 5 faizi yəni 30 AZN 14 gün ərzində bonus hesabına online karta köçəcək. Lakin 2 dəfə yaxınlaşmışam hesaba köçmə olmayıb deyiblər. Whatsapp nömrənizə bildirdiyimdə isə belə bir kampaniya olmadığı deyilib. Əgər belə bir kampaniya yoxdursa, o zaman yalan reklam üzərindən nağd satdığınız məhsula görə, yox, əgər doğru kampaniyadırsa, 2 aydı hesaba köçməyən bonusa görə şikayət maili yazıram. Xahiş edirəm, ən qısa zamanda geri dönüş edəsiniz.
Baku Electronics haqqında daha çox rəy oxu