App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Baku Electronics haqqında rəy

1 ay əvvəl

T
Tural yazır:
★
★
★
★
★

Samsung S25 Ultra ilə bağlı müraciət edirəm. Aldığım telefon xarab olduğu üçün servisinizə təhvil verilib, lakin “vaxt yoxdur” bəhanəsi ilə təmir olunmur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, təmir müddəti 14 günü keçə bilməz. Müddət keçdiyi üçün telefonun yenisi ilə əvəzlənməsini tələb edirəm. Həmçinin, servis öhdəliklərini yerinə yetirmədiyi üçün “Qızıl Zəmanət” məbləğini ödəməkdən imtina edirəm və bu məbləğin kredit qalıq borcumdan silinməsini tələb edirəm. Qalan əsas borcu isə ödəməyə hazıram. Əməkdaşlarınızın “pensiya kartından pul tutulacaq” kimi hədə-qorxuları hüquqi əsassızdır və psixoloji təzyiqdir. Məsələ qanun çərçivəsində həll olunmasa, aidiyyəti quruma rəsmi şikayət ünvanlayacağam.

Baku Electronics haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!