App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Bank of Baku haqqında rəy

8 ay əvvəl

A
Aynur yazır:
★
★
★
★
★

Çox bərbad bankdır. 1 aydır mənim debet bolkart (gümüş kartlarımı) bloklayıblar və mən bunu ayın 9-u bolkartdan pul ödəmək istəyəndə bilmişəm. O gündən bəri sorğu yaradılıb, heç kim bu məsələyə baxmır. Nədi, nədi, debetə xaricdən pul köçürməsi olub. Başa düşmədim, bu debet kartlar nə üçündür, asanlıqla istər yerli, istərsə də xaricdən pul köçürmələri üçündür. Bu azmış kimi heç müştərisinə xəbər də verməyib ki, sizin kart bizim bank tərəfindən bloklanır; bu nə qaydadır, bu nə qanundur? Harda var belə qayda? Müştərinin icazəsi olmadan? Debet kartımda 954 AZN pulum var; Bank of Baku bunu mənimsəyir, özünə götürmək istəyir. Baş ofis atır filialın üstünə, filial atır baş ofisin üstünə. Başa düşmədim, bu işə niyə baxmırlar? Vallah, kreditin vaxtına 5 gün qalmışdan bildiriş ardıcıl göndərirlər. Ondan da heç müştərini axtarmayanda niyə axtarmırsız? Az qala müştərinin bütün nəslinə zəng edirlər. Burdan ortaq məxrəc o çıxır ki, bank öz mənfəətini güdür, müştəriləri yox! Milyon işçi var, heç biri bu məsələyə baxmır. Pul verib ya da adam olub orda oturmaqdı deyil, gərək orda otuzdurduqlarının bir savadı olsun.

Bank of Baku haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!