App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bolmart
Bolmart

Bolmart haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Bolmart haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolmart barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (13)

5 ★
0%
4 ★
0%
3 ★
0%
2 ★
8%
1 ★
77%
  • A
    ★
    ★
    ★
    ★
    ★

    Mən müharibə veteranıyam. Sizin marketdə məni 2 dəfə təhqir edirlər. Sizin nəzarətçi göz yumur. Mən məhkəməyə müraciət edəcəyəm, siz tədbir görmədiyiniz halda.

  • M
    Mitra 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bolmartın 28-də yerləşən filialında işləyən işçilərin bir çoxu məsuliyyətsizdir. Müştəri qarşısında kassada ancaq iş yoldaşları ilə danışıb-deyib gülürlər. Əlbəttə, danışmaq, gülmək olar, amma qarşında müştəri varsa, yolverilməzdir. Kassirə məhsul barədə soruşuram, heç məni saymır, hətta qarşı kassadakı iş yoldaşı ilə qeybət edir. Mən hər səhər oradan iş üçün səhər yeməyinə bəzi məhsullar alıram və hər səhər bu hal var orada. Xüsusən də xanım işçilərdə!

  • E
    Elşən 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Tərbiyəsizlik olar bu qədər də yox. Satıcı Cahangir məni qarşısına qoyub uşaq kimi danışır. Müdiriyyəti çağırıram, Zülfüqar adlı birisi gəlir ki, müdir müavini. Deyirəm bu nə hörmətsizlikdir. Səriştəsiz biri deyir eləyib eləyib də. Ey Bolmart rəhbərliyi, müştəriyə yuxarıdan aşağı baxa bilməzsiniz. Sizə kim ixtiyar verir. Mən aidiyyəti orqanlara müraciət edəcəm və etdiyiniz tərbiyəsizliyə görə mütləq cavab verəcəksiniz. Bu tərbiyəsiz personalı olan Bolmart Salamzadə küçəsində yerləşir.

  • Q
    Qadir 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən kurdəxanıda qalıram və bu market 11-də bağlanır, atam gec gəlir, atam gələnə qədər market bağlanır. Heç nə ala bilmirəm, nolar 12-də bağlasınlar.

  • P
    Pərviz 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bolmart Yasamal (Ə. Haqverdiyev küçəsi) çörək bişirənlər kefləri istəyəndə bişirir, istəməyəndə bişirmir. Səhər saat 11-dir çörək çeşidləri yoxdur. Neçə gündür saat fərqi ilə gəlirəm konkret bir çörək üçün və bu qənaətə gəldim ki, bu dükanda qrafikli iş aparılmır, çörək bişirənlərin kefindən asılı qalmışıq.

  • N
    ★
    ★
    ★
    ★
    ★

    Mən müdüriyyətdən şikayətçiyəm, 20 yanvardakı bolmartdan Salamzadədəkidən şikayətçiyəm. Müdiriyyət adamla elə tonla və elə rəftar edir ki, elə bil borcluyam, məhkəməyə verməyə polnu haqqım var. İşçilərə məcburi satış tələb edir, getməyən malları deyir qapının ağzından adam tapın malları satın. Bu işə baxılsın, yoxsa ərizə yazıb işdən çıxın deyir bizə.

  • A
    Anonim 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Deməli, bu gün çörək aldım, lakin evə gəldikdə dadının qıcqırmış olduğunu gördük. Çörəyin tarixi isə bu günü göstərirdi, lakin altında başqa tarixin olduğunu gördük, köhnə məhsulun üzərinə yeni tarix vurub insanları aldadırlar. Mağaza bolmart (Mehdiyev)

  • N
    Nahidə 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Naxçıvan "Əyləncə" adındakı şöbənizdən şikayətçiyəm. Bilərəkdən şüşə bankaları elə yığıblar ki, insanlar istəmədən toxunur, düşür, qırılır, pulunu alırlar. Yəqin satılmayan malların pulunu bu yolla çıxarırlar.

  • V
    Vüqar 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, mən Naxçıvandan yazıram. 3 aydır ki, Naxçıvanda Aktiviya tapmaq olmur. Bugün səhər Bolmarta getdim, gördüm ki, soyuducuda paketlərdə Aktiviyalar var. Soruşdum ki, satılıqdır dedilər, yox vaxtı keçmiş aktiviyalardır, vazvratdı. Satışa çıxmadan necə vazvrat ola bilər? Soruşanda da deyirlər ki, iş çoxdur, vura bilməmişik vitrinə. Ayıbdı Bolmart belə elədisə, daha kimə güvənək?

  • A
    Anonim 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    2 gün əvvəl xaçapuri alıb yemişdim. Qarnım ağramağa başladı. Çox fikir vermədim. Sonra temperaturum oldu. 39.3! Sonra öyrəndim ki, qarımda zəhər yaradıb. 5 gündür xəstəyəm. Dua edin ki, qanıma zəhər keçməsin!

Bələdçi.az saytının Bolmart şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bolmart Baku reyler, bolmart haqqinda reyler, Bolmart shikayet, bolmart reyler, Bolmart kampaniyalar, Bolmart sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bolmart barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq