App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Bolt haqqında rəy

1 il əvvəl

A
Anonim yazır:
★
★
★
★
★

Mən Bolt-un yaxşı müştərisiyəm. İndiyə qədər heç bir sürücünü narazı etməmişəm, deyilən məbləği artıqlaması ilə ödəmişəm. Şikayət əsasında reytinqim 4.72-yə düşüb. Halbuki şikayəti əslində mən etməli idim. Sürücü çağırıram, 14 dəqiqə sonra deyir: "Gəlmirəm, sifarişi ləğv edin." Niyə? Deyirəm: "Siz ləğv edin", acığı tutur. Siz edəndə nə olur? Və ya 6 manat 20 qəpik yazanda məbləği tam ödədikdə xoşları gəlmir. Niyə 80 qəpik artıq ödəməliyəm? Nə isə... Bolt mənim ən çox istifadə etdiyim taksi xidmətidir. Reytinqimin haqsız şəkildə aşağı düşməsi mənə çox pis təsir etdi.

Bolt haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!