App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Bolt haqqında rəy

8 ay əvvəl

A
Anonim yazır:
★
★
★
★
★

Salam, hər vaxtınız xeyir olsun. Mənim Elşən adlı sürücüdən şikayətim var. Deməli 10 avqust 2025-ci il tarixində saat 21:00-21:30 arası bulvar istiqamətində, Azneft dairəsinin yaxınlığından 9-cu mikrorayon tərəfə (Bakı) taksi sifariş etmişdim. Taksi qeyd olunan ünvana çatmadığı və yolun digər hissəsində dayandığı halda proqramda çatdı qeyd etmişdi. Mən isə zəng edərək doğru ünvanda olmadığını dedikdə “siz yolun o biri tərəfinə keçin” deyib qışqırmağa başladı və imtina etməyimi tələb edirdi. Təəssüf ki, həmin ərazi magistral yol olduğuna görə piyada keçidi yox idi və bizim yolun o biri tərəfinə keçməyimiz həyati risk yaradırdı. Bu səbəbdəndir ki, biz məcbur olub digər şirkətin - Yango-nun taksi proqramından istifadə etdik. Burdan çıxan nəticə odur ki, bunun kimi məsuliyyətsiz sürücülərə görə həm biz müştərilər dəyərli vaxtımızı itirir, həm də siz Bolt şirkəti olaraq müştəri və reytinq itirirsiniz. Anlayışınız üçün öncədən təşəkkür edirəm!

  • Şəkil
  • Şəkil
Bolt haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!