Bolt haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Bolt haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolt barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (374)
-
Xaçmaz rayonunda bolt taksi zakaz elədim, gediş 1 AZN 20 qəpik elədi, unvana çatanda taksi sürücüsü qapılarıkilitlədi və 5 AZN tələb elədi, aqressiv danışdı. Sürücü haqqında şikayət yazmaq istəyirəm və verdiyim pulu qəri qaytarılmasını istəyirəm. Sürücünün maşın nömrəsi: 77-HR-144.
-
Sizin tədbiqə yeni qoşuldum, ancaq sifariş etdim, heç bir taksi gəlmədi, sürücü mənə bildirdi ki, imtina edim, mən isə etmədim. Nəticədə Maxim taksi şirkəti ilə əlaqə saxladım və lazımi ünvana getdim. Sizin şirkət çox mənfi işləyir.
-
Sürücülərin bəziləri çox aqressivdir, hərəkətləri mədənniyyətsizdir. Digər sürücü isə sifariş verdiyimiz vaxt maşın yerindən tərpənmədi. 40 dəqiqəyə yaxın bizi gözlətdi, çatmağına 2 dəqiqə qalmış "8 AZN edir gəlim?" yazdı, halbuki boltda 4,2 göstərirdi, xeyr ləğv edirəm, dediyimiz vaxt isə "mən şəhərdən gəlirəm" dedi.
-
Mağazadan geyim sifariş etmişəm. Bolt gətirib çatdırmalıdır. Gözləyirəm atdığım konuma çatmayıb. Deyir çatmışam. Hara nəyə yaxın olduğunu demir çox kobud rəftar edir. Deyir tanımıram tələsirəm. Sifarişimi də götürüb gedib, başqa müştəri götürüb 2 saat sonra gətirib çatdirib. Məndən əlavə ödəniş tələb edib. 1 ulduza belə layiq deyil.
-
Bugün taksi sifariş vermişəm, sürücü məndən soruşur ki, kartladı? Dedim hə, mənə verdiyi cavab: mən Baku Bus deyiləm, oktaz elə. Bu nə danışıq tərzi? Niyə görə mən əsəb keçirməliyəm bu qədər. Belə şpfer olur, belə danışıq olur? Mesajları da ss eləmişəm, çox xahiş edirəm, tədbir görülsün, bu məsələni belə saxlamayacam.
-
Çox narazıyam. Proqramda gediş olunan sürücünün mobil nömrəsi göstərilmir, bəlkə kiminsə şəxsi əşyası qalıb, bu nə deməkdir axı!
-
Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyinat nöqtəsinə çatmağına az qalmış ləğv edirlər. Niyə yəni bu özbaşınalıq hardandır? Rəhbərlik zəhmət olmasa bir tədbir görsün.
-
Sürücüləri çox mədəniyyətsiz davranır. 05******** nömrəsi olan sürücü çox pis davrandı.
-
Salam. Bu gün taksi sifariş vermişəm. Yol verilməz tərzdə mənimlə danışdı.
-
Nail 77-YJ-874 bu maşının şoferi maşına oturan kimi nə qədər tutduğunu dedim, deyindi, bilsəydim qəbul etməzdim deyib narahatlıq yaratdı. Dedikdə ki, şirkətə deyin, daha da aqressiv oldu. Sonra ünvana çatanda 5 AZN tutduğunu bildirdi. Mən isə proqramda 4.50 görsetdiyini bildirdim, bizə maşından düşməyimizi, ikinci ünvana gedməyəcəyini bildirdi. Səsini qaldırdı, buna tədbir görməyinizi xahiş edirəm, ciddi şəkildə.
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
