Bolt haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Ünvan barədə anlaşılmazlıq olduğundan sürücü üstümə qışqırdı. Ağladığımı görüb daha da betər qışqırmağa başladı. Heç cür özümü ona ifadə edə bilmirdim. Bu cür çobanları niyə Boltda sürücü kimi fəaliyyət göstərməyə icazə verirsiniz? Hələ də özümə gələ bilmirəm. Səhər-səhər bütün bədənim əsir bayaqdan. Ödəniş etdiyim üçün çox peşmanam.
-
Bu gün səhər taksi sifariş etdik, 873 nömrəli taksi əvəzinə 872 nömrəli gəldi. Ünvana çatanda 1 manat əlavə pul istədi. 4.84 AZN yazılmışdı, biz də 5 manat verdik, sürücü əlavə 1 manat istədi. Bu qədər də olmaz. Nəzarət edin.
-
Sürücü çatmadığı halda mənə necə "gözləmə vaxtı bitdi" yazırsınız? Əlavə pul yazırsınız.
-
Salam. Bu gün Bakıxanovdan Masazıra Bolt sifarişi etmişik. Maşında qadın və uşaq olub. Ravon 99 UG 081. Saat 16:01. Səviyyəsiz bir sürücü gəlib, maşında siqaret çəkib, söyüş söyüb. Elə bil meyxanadadır. Başa düşmürəm, bu səviyyəsizləri xüsusi imtahanla qeydiyyata alırsınız? Xahiş edirəm, bununla bağlı ölçü götürülsün.
-
Salam. Bu gün saat 17:00-da Bolt taksi sifariş verdim, hava limanına. Qiyməti 6.80 AZN göstərirdi, maşın gəldi, sifarişimi götürmədi. 3 maşın belə imtina etdi. Deyir ki, 20 manat ödəniş elə, aparım. Yəni 7 manatla 20 manat birdir? Yazışmada da yazıb, mən skrin edib başqa səhifələrdə paylaşacağam. Birinci növbədə insanlıq olmalıdır. 20 manata elə hava limanının taksisi ilə gedə bilərəm. Bolt sifariş edirəmsə, deməli, öz büdcəmə görə edirəm.
-
99-XA-767 nömrəli ağ rəngli Hyundai Tucson sürücüsünün adı Aydandır. Bu sürücünün maşınında əşyamız qaldı, sonra zəng etdik, amma nömrəsinə zəng çatmadı və əşyanı geri qaytarmadı.
-
Təəssüflər olsun ki, son zamanlar taksi sifariş edərkən qeyd olunan maşın nömrəsi əvəzinə başqa marka maşın, başqa nömrə ilə gəlir. Artıq ölçü götürmək zamanı gəlmədimi?
-
90OE172 nömrəli taksi sürücüsü arxada müştəri xanım varkən telefonla danışır, çox pis və iyrənc söhbətlər edir, hətta telefon diktafonda idi, hər şey eşidilirdi. Xahiş edirəm bir tədbir görülsün və mənimlə əlaqə saxlanılsın.
-
Siz sürücünüz bizim evə çatanda əlaqə saxladı, məbləği öyrənib gedişi ləğv etdi. Sürücünün adı İmrandır, Opel Astara sürür, çox pisdir. Nəzərə alasınız.
-
Salam, dünən Bolt gedişi olub, kartdan pul çıxıldığı halda bir daha nağd alış oldu.
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
