App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bolt
Bolt

Bolt haqqında şikayətlər və rəylər

Taksi şirkəti Taksi şirkəti
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Bolt haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolt barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (374)

5 ★
1%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
80%
  • R
    Rəfail 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən bu gün 05.04.2026 ilində Boltdan taksi sifariş elədim. 6 sərnişin üçün pulun məbləğini mənə 11.80 man göstərdi. Sürücü isə 13.80 aldı. Sürücü məndən 13.80 aldı. Mən bilmək istəyirəm: Bu Bolt şirkəti niyə sürücü ilə sərnişini üz-üzə qoyur? Ayıb deyil. Bolt şirkəti niyə belə edirsiniz?

  • İL
    İlahə Lətifova 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam Mən Xırdalandan sifariş vurmuşam. Sürücü sifarişi götürüb nə zəngi açır, nə mesajlarıma baxır. Mən artıq neçə dəqiqədir ki, soyuqda dayanıb gözləyirəm. Atqaz da vurmur ki, sifarişi başqası götürsün. Şikayətçiyəm. Şəkildə məlumatlar əks olunub.

  • RB
    Ruhin B. 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    148 ağ Toyota gəlib hörmətsizlik edib, sürüb çıxıb gedib. Xahiş edirəm, tədbir görəsiniz.

  • İ
    İlham 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Qala-Şüvəlan arası bir Bolt tapmadım ki, hamı məsafəni bilir, bilir ki az pul yazılır, rədd edirlər. Pulu kişi kimi qazanın.

  • S
    Samir 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox narazıyam Bolt sürücülərindən. Bu gün taksi sürücüsü bütün əsəblərimlə oynadı.

  • A
    Aysel 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Mən Bolt çatdırma xidmətindən istifadə edən satıcıyam və ciddi problem yaşayıram. Sürücülər sifarişi qəbul etdikdən sonra tez-tez sifarişi aparmaq istəmirlər və məni sifarişi ləğv etməyə məcbur edirlər. Mən isə müştəridən ödəniş almış oluram və sifarişi vaxtında çatdırmalıyam. Bu səbəbdən həyətdə uzun müddət gözləməli oluram və müştərilərim qarşısında problem yaranır. Bu vəziyyət mənim işimə və müştərilərimə zərər verir. Xahiş edirəm bu məsələ ciddi şəkildə araşdırılsın və sürücülərin qaydalara əməl etməsi təmin edilsin.

  • F
    Ferid 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam 09-BU-581 Bu maşının sürücüsü 4 manatlıq yola bizdən 15 manat aldı. Özü də tənqid edə-edə, zəhmət olmasa bu cür sürücüləri çıxarın

  • E
    Elşən 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis. Bildiyiniz Yango çox normaldır. Bolt batıb, şoferləri normal deyil. Hər gün 4-5 dəfə otmenit edirlər. İnsana gəlmək bilmirlər, durub gözləyirlər ki biz otmenit edək. Bunun üzərinə düşün 3 manat qazanın, amma kişi kimi qazanın, halal qazanın

  • Ü
    Ülviyyə 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, ümumiyyətlə sürücülərin kartla ödəniş etdikdə gəlməmə səbəbləri nədir? 2 gündür işə taksi ilə getmək istəyirəm, biri gəlir, yanımdan keçir, saxlamır, biri deyir 'gözləmə, kartdır', bu ödəniş növünü niyə qoymusunuz onda? Ləğv edin, nağd olsun bilək, bizdə işimizi camaatı dolamaqdan başqa heç nə deyil, gülməlidir. 4 taksi hamısı əks istiqamətə gedir, ya yazır ki 'ləğv et'.

  • L
    Ləman 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    İki dəqiqəyə çatdırıram. SMS-dən sonra maşın hələ də hərəkət etmirdi, zəngləri açmır, nə də imtina etmir. Hələ üstəlik kobud danışır. Hər küçədə sulənən işə götürəndə nəticə belə olur

Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bolt Baku reyler, bolt haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bolt barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq