Bolt haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Salam, bolt sürücüsü ilə şikayətim var. Surucu anamdan ödəniş tələb edib və kobud danışıb. Halbuki kartla ödəniş etmişdim. Bu halların təkrarlanmaması üçün təbdir görsəz, yaxşı olardı.
-
Taksi sifariş verirəm, qeyd olunan ünvana gəlmirlər, müəyyən məsafədə saxlayıb, siz bura gəlin yolum qısa olsun deyirlər, həm də müasir maşın qeyd olunur, amma yaxınlaşır çeşka, hələ sərnişinlə dalaşır ki, bura gəlsən, nə olar ki, şirkətə heç qiymətləndirmə. Düşmür, baxmırlar, əvvəl asan idi şirkətlə. Əlaqə saxlayıb şikayətini edirdin, indi onu da qəlizləşdiriblər ki, vaz keçib şikayət etməsin, bu düzgün deyil.
-
77-GM-256 Hyundai Accent (Sahil) məkanına çatdı, ödənişin qiymətini soruşdu; 7,30 deyən kimi mən 7,30-a Ceyranbatana aparıram, 10 manata aparıram dedi. Proqramda olan pulla razılaşmadı. Halbuki maşına minəcək, şəxs soyuq havada düşmüşdü. Yazılan pulu bəyənməyib, çatdıqdan sonra biz düşürük, ləğv edir. Bizimlə oyun oynayır. Düzgün deyil. Çox narazıyam. Pulu bəyənmirsə, heç götürməsin; götürüb çatandan sonra əlavə pul deyir.
-
Men illərdir Bolt proqramından istifadə edirəm. Lakin ilk dəfədir belə tərbiyəsiz, qabiliyyətsiz, alacaq sürücüyə rast gəlirəm. Xahış edirəm, bu sürücü barədə lazımi tədbirlər görülsün.
-
Salam, zəhmət olmasa, bu Gəncədə taksi fəaliyyəti ilə məşğul olan sürücüləri yoxlanılması üçün selfi istəsin, hər zaman bakıdakı kimi olsa, əla olar, çünki çox pis maşınlar gəlir belə problem olmalı deyil.
-
Kuryer məhsulu təhvil verməyib və geri şirkətə qaytarıb və hal-hazırda məhsulu mənə çatdırmırlar! Bərbad xidmət!
-
Salam, hər vaxtınız xeyir olsun. Mənim Elşən adlı sürücüdən şikayətim var. Deməli 10 avqust 2025-ci il tarixində saat 21:00-21:30 arası bulvar istiqamətində, Azneft dairəsinin yaxınlığından 9-cu mikrorayon tərəfə (Bakı) taksi sifariş etmişdim. Taksi qeyd olunan ünvana çatmadığı və yolun digər hissəsində dayandığı halda proqramda çatdı qeyd etmişdi. Mən isə zəng edərək doğru ünvanda olmadığını dedikdə “siz yolun o biri tərəfinə keçin” deyib qışqırmağa başladı və imtina etməyimi tələb edirdi. Təəssüf ki, həmin ərazi magistral yol olduğuna görə piyada keçidi yox idi və bizim yolun o biri tərəfinə keçməyimiz həyati risk yaradırdı. Bu səbəbdəndir ki, biz məcbur olub digər şirkətin - Yango-nun taksi proqramından istifadə etdik. Burdan çıxan nəticə odur ki, bunun kimi məsuliyyətsiz sürücülərə görə həm biz müştərilər dəyərli vaxtımızı itirir, həm də siz Bolt şirkəti olaraq müştəri və reytinq itirirsiniz. Anlayışınız üçün öncədən təşəkkür edirəm!
Ardını oxu... -
99-ER-536 ağ hunday elantra mənən sifarişin pulunu alıb, ailəmdən təzdən alıb artığını.
-
Ag toyota corolla sedan 90-YJ-593 özünü çox pis apardı, uşaq peçenyenin üstündə oturduğu üçün narazılıq bildirdi və dedi 5 manatlıq yola görə mən bunu çəkməliyəm və mən deyəndə ki oldu, indi nə edək dedi uç burdan.
-
Artıq pul götürürsüz hər dəfə. Dünən taksi sifariş elədim, bolt send, qiymət 7.50 yazılmışdı, çatanda şofer 13 AZN istədi. Nəyə əsasən? Bu birinci dəfə deyil, həmişə belə edirsiniz! Cavab verərdiz zəhmət olmasa.
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
