Salam, hörmətli Bravo kollektivi. Sizin Abşeron City Xırdalan kompleksi ərazisində açdığınız market biz sakinlərə çox xoşdur, lakin burada bir çox yaşayan insanlar, xanımlar var ki, burada Bravo marketin mühafizəçisi haqqında çox qeyri-etik hərəkətlərinə görə narazıyıq. Abşeron Xırdalan Bravo Market, Heydər Əliyev prospekti ərazisində yerləşən Abşeron City yaşayış kompleksinin içəri qapısı olan Bravo marketi, sizə şikayət yazıb bildirirəm ki, qapıdan içəri girişdə, 6 may saat 19:00 vaxt ərzində o postda oturan mühafizəçi haqqında şikayətim vardır. Xahiş edirəm ki, burada yerləşən kamera görüntülərini ortaya qoyub onun o postdakı çıxışında müştərilərlə davranışı, etikası, qızlara, qadınlara hərəkətlərini müşahidə edəsiniz. Bu şəxsin evində anası, bacısı yoxdur? Yoxsa bu Bravo filialında sanki gələn-gedən onun düşündüyü, gördüyü kimdir? Burada yaşayan sakinlərin ərizəsini, imzasını toplayıb yazılı formada da şikayət ərizəsi verəcəyik. Lazımi göstərişlərinizi verəsiniz, nəzarət olunsun. Təşəkkür edirəm, öncədən sizə.
Bravo haqqında daha çox rəy oxu