App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

CityNet haqqında rəy

3 ay əvvəl

E
Elvin yazır:
★
★
★
★
★

Salam. Sizin əməkdaşlardan və şirkətdən çox narazıyam. Citynetə abunə olandan sonra hər ay 3-4 dəfə şikayət edirəm. Amma şikayətimi ya ciddiyə almırlar, ya da şikayət etdiyim problemi aradan qaldırmaq imkanına malik deyilsiniz. Məndə TV donur, internet zəifdir. Hər dəfə zəng edəndə uzaqdan xəttə yenilənmə vurmaqla kifayətlənirlər. 2 dəfə texnik gəlib. 1-ci texnik ruteri 20 sm qapıya yaxınlaşdırıb, sonra evdəkilərə deyib ki düzələcək. Yenə şikayətdən sonra 2-ci texnik gəlib, TV-də interneti 5G-ə keçirib deyib düzələcək. 3-cü texnik ümumiyyətlə gəlmədi. Zəng elədi ki, yenilənmə vermişəm, düzələcək. Texniklərin gördükləri tədbirlər gülməlidir, vallah. Xahiş edirəm bu şikayətimi rəhbərliyə çatdırın və rəhbərlikdən məsul şəxs zəng eləsin ki, şikayətiniz rəhbərliyə bildirilib. Onu da qeyd edim ki, 4-5 gün əvvəl yenə zəng eləmişdim, dedilər texnik gələcək, amma heç kim gəlmədi.

CityNet haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!