Mən əvvəllər Real Telecom-un istifadəçisi olmuşam. Bir gün CityNet əməkdaşları qapıma gələrək mənə internet və televiziya xidmətini 17 AZN aylıq tariflə təklif etdilər. Xüsusi olaraq soruşdum ki, bu qiymət müvəqqətidir yoxsa daimi olacaq. Mənə bildirildi ki, bu tarif daimidir və dəyişməyəcək. Bu məlumatlara əsaslanaraq mövcud operatorumu dəyişərək CityNet xidmətinə qoşuldum. Lakin hazırda heç bir əvvəlcədən məlumatlandırma olmadan tarif 35 AZN-ə qaldırılıb. Bu isə mənə təqdim edilən ilkin şərtlərə ziddir və istehlakçı olaraq hüquqlarımın pozulmasıdır. Bundan əlavə, bu məsələ ilə bağlı dəfələrlə müraciət etsəm də, şikayətim CityNet tərəfindən qeydə alınmır və müraciətlərimə laqeyd yanaşılır. Qeyd etmək istəyirəm ki: - Mənə yanlış və aldadıcı məlumat verilib - Tarif dəyişiklikləri barədə əvvəlcədən rəsmi məlumat təqdim olunmayıb - Şikayətlərim qeydə alınmır və ciddi şəkildə araşdırılmır - Mən bu qərarı yalnız mənə verilən sözlərə əsaslanaraq qəbul etmişəm Buna görə tələb edirəm: 1) Mənə əvvəl vəd edilən 17 AZN tarifinin bərpa olunması. Əks halda, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına rəsmi şikayət edəcəyəm.
CityNet haqqında daha çox rəy oxu