Expargo haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Expargo haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Expargo barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (9)
-
Sizin operatorlarınızın müştərilərlə danışıq qabiliyyəti yoxdur. Məlumat soruşuram, mənə lazımi cavabı vermədiyi halda, “bəs deyilmiş” kimi səsini qaldırıb, üzümə telefonu söndürür.
-
Çox keyfiyyətsiz və yalan vəd verən şirkətdir. Qaynar xəttə zəng edirsən, əməkdaşlar çox mədəniyyətsiz şəkildə danışır, sözü tamamlamamış dəstəyi yerə qoyurlar. Yalanla 48 saat deyib vəd verirlər. Bir sözlə işiniz Çoooox keyfiyyətsizdir.
-
Kaş ki 0 ulduz vermək mümkün olsaydı, iki aydır ki bağlamanı Çindən yola çıxartmırlar, sorğu yaradıram, sorğunu heç bir izahat vermədən bağlayırlar ki cavab verə bilmirəm, zəng edirəm, cavab verən yoxdur, bu qədər bərbad xidmət göstərməyi necə bacarırlar, anlamıram, uzaq durmaq lazımdır
-
Ужасная работа: товар приходит, но не дают знать SMS на номер, что посылка дошла, не отправляют, заставляют ждать неделями.
Tərcümə et
-
Bağlama 2 həftədir xarici anbara daxil olub, amma Bakıya yola salınmır. 2 gündür mobil proqramları üzərindən cavab tapmağa çalışıram ki, bağlama ilə bir problemmi var, varsa nədir, yoxdursa niyə Bakıya yola salınmır. Təəssüf ki, müştəri xidmətində qeyri-peşəkar birisini otuzdurublar, yalnız şablon cavablar verir (yola salınanda sizə bildiriş göndəriləcək və s.) və problemi həll etmir. Birinci dəfədir istifadə edirdim, çünki təriflədilər ki, o birilərdən nisbətən yaxşıdır, amma çox peşman oldum. Təəssüf ki, malı geri qaytara və ya başqa daşıyıcı firmaya yönləndirə bilmirəm, yoxsa məmnuniyyətlə geri götürərdim. Çox bərbad.
Ardını oxu... -
Tərbiyəsiz operatorlar götürməklə elə sizin statusunuz betadadır. Bağlamalarım ortada yoxdur. Sizin kimi müştəri şikayətinə baxmayan məsuliyyətsiz şirkətlə heç kim işləməlidir!
-
Salam, temudan sifariş vurdum, bəyannamə falan etdim, sifarişim gömrük saxlancına düşdü və zəng vurmadığım yer qalmadı, dedilər, daşıyıcılarla əlaqə saxlayın, onu da etdim, daşıyıcı deyir bizlik deyil, özünüz gömrüyə yaxınlaşıb almalısınız. Bu problemləri kim həll edəcək?
-
Нигде не дозвонишься. Посылка приходит не по указанному адресу.
-
Salam sikayetim expargo dasima sirketindendir. Noyabir ayinin 9 zu iki eded el dreli sifaris verdim gomruk beyannamesini yazdim rusumu tam tamina odedim noyabir ayinin 19 zu sifarisim expargo sirketinin cesidleme ammbarina daxil oldu ve mocuzevi sekilde yoxa cixdi. Yanvar ayinin 1 ne qeder zeng vurmadigim demediyim yer qalmadi maraqlanan axtaran yoxdur. Bunu oxuyan kim varsa EXPARGO sirketinden hecne sifaris verib getirmeyin cammati aldatmaqla mesguldular.
Bələdçi.az saytının Expargo şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Expargo Baku reyler, expargo haqqinda reyler, Expargo shikayet, expargo reyler, Expargo kampaniyalar, Expargo sikayet, unvan
Bakıda
