Hörmətli Grandmart rəhbərliyi, yenidən eyni şikayəti yazmalı oluram, çünki şikayət edəcəyim xanım hələ də davranışını bilmir. Nizami filialında mağazanızda çalışan bir xanım əməkdaş haqqında ciddi şikayət bildirmək istəyirəm. Adı Məryəmdir. Həmçinin təsvir edə bilərəm: hündürboy, arıq, qara uzun düz saçlıdır. Hər dəfə onun növbəsində olduğum zaman müştərilərlə münasibəti olduqca soyuq, passiv-aqressiv və vecsiz olur. Bu, artıq təsadüfi deyil, davamlı bir hal alıb. Belə davranış müştəri məmnuniyyətinə və marketinizin imicinə ciddi zərər vurur. İstərdim ki, məsələ araşdırılsın və həmin əməkdaşa müvafiq qaydada xəbərdarlıq edilsin və ya xidmət standartları izah edilsin. Müştəri kimi belə münasibəti qəbuledilməz hesab edirəm. Təşəkkür edirəm.
Grandmart haqqında daha çox rəy oxu