Katv-də qiymət bahadır, 25 AZN. Mən tək yaşayıram (tələbəyəm), onu da keçirəm, hər ayın 1-i yenilənir, Mən bəzən evdə olmuram və ya rayona gedirəm, misal üçün ayın 10-u gəlirəm, pul vuranda avtomatik gələn ayın 1-i yenilənir, 20 günə görə 25 AZN ödəyirəm, başqa provayderlərdə hansı gün vursan 30 gün müddətində aktiv qalır, gələn ayın həmən günü kəsilir. Mən yaşadığım yerdə KATV digər provayderi alıb deyə yalnız bu var, amma qiymət və bu cəhətdən heç sərf eləmir.
KATV1 haqqında daha çox rəy oxu