Salam. Kontakt Home şirkətinə ünvanlanır! Mən sizin daimi müştərinizəm, hər zaman texnika almaq istəyəndə birinci ağlıma sizin müəssisə gəlib. Nəğd və kreditlə hər zaman sizdən məhsul almışam. Təxminən 2 ay bundan əvvəl mənim bağ evimə kondisioner quraşdırıldı. Gələn usta dedi ki, 2-ci mərtəbə olduğuna görə mənə lesa gətizdirin, amma halbuki 8 metr uzunluğunda pilləkən onların özlərində var və o pilləkən rahatlıqla montaja yararlıdır. Mən 150 AZN verdim, lesa gətizdirdim və usta işini gördü, getdi. Təxminən 1 ay sonra kondisioner soyuq hava vurmamağa başladı və mən Kontakt Home Mərdəkan filialına müraciət etdim. Onlar ayrı usta göndərdi, gələn usta öz pilləkəni ilə məsələni həll etdi və dedi ki, əgər yenə belə bir hal baş verərsə, o zaman bütün borular dəyişilməlidir. 2 gün keçdi, yenə eyni hal baş verdi və mən yenidən Mərdəkan filialına müraciət etdim. Bu gün mənə zəng gəldi, deyildi ki, siz ora yenidən ayaqaltı quraşdırmalısınız. Operator xanım bunu dedi, mən isə bununla razılaşmadım və dedim ki, 2-ci gələn usta ora çıxıb problemi həll edə bilirsə, mən nəyə görə artıq 150 manat verib lesa gətizdirməliyəm? Bu problem 1-ci gələn ustanın işi bilmədiyinə görə olub, nəyə görə mən onun buraxdığı səhvə görə vəsait ödəyib lesa gətizdirməliyəm? Xanım operator mənə dedi ki, siz gətizdirməlisiniz. Mən də dedim ki, o kondisioner düzəlməyənə qədər mən də sizin Kontakt Home-a aid olan kreditlərimi ödəməyəcəyəm. Təşəkkürlər.
Kontakt Home haqqında daha çox rəy oxu