App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Kontakt Home haqqında rəy

3 ay əvvəl

M
Məryəm yazır:
★
★
★
★
★

Mən fevral ayında nişanlım tərəfindən sizin mağazadan alınmış saç düzləşdirən ütü ilə bağlı şikayət edirəm. Məhsul olduqca keyfiyyətsizdir, normal şəkildə qızmır, çox yüngüldür və istifadəyə yararsızdır. Oyuncaq ütünü xatırladır və salon şəraitində istifadəsi mümkün deyil. Mən alış zamanı satıcıya açıq şəkildə bildirmişdim ki, mənə salon üçün güclü istiliyə malik, keyfiyyətli və peşəkar ütü lazımdır. Satıcı isə məni aldadaraq bu məhsulun yaxşı və keyfiyyətli olduğunu deyib satmışdır. Həmçinin mənə uyğun olmayan fen də təqdim olunmuşdur. Sonradan məhsulu dəyişdirmək üçün mağazaya müraciət etdim, lakin heç bir əsaslı səbəb göstərilmədən dəyişdirilmədi və məsuliyyətsiz münasibət göstərildi. Nərimanov filialınızda bu cür aldadılma ilə üzləşdiyim üçün narazıyam. Məhsul üçün az pul ödəməmişəm və haqqımın tapdanmasını qəbul etmirəm. Xahiş edirəm, şikayətimə tez bir zamanda baxılsın, məsələ nəzarətinizə götürülsün və məhsulun dəyişdirilməsi və ya pulun geri qaytarılması təmin edilsin. Əks halda, hüquqlarımı müvafiq qurumlar vasitəsilə müdafiə etmək məcburiyyətində qalacağam.

Kontakt Home haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!