2 gün Leo Bank dəstək xidməti və 7773 ilə əlaqə saxladım, Suraxanı rayonu Bülbülə qəsəbəsi 3 mədən ərazisinə kart çatdırılması edə bilmədilər. Dedilər ki, bizim çatdırılma ərazimizə daxil deyilsiniz. Bəs məndən daha uzaq nöqtələr olan Zirə, Qala, Türkan, Dübəndi, Pirallahı bu ərazilərə necə çatdırılır? Əgər çatdırılma xidməti varsa, Bakı və Sumqayıt daxilində hər hansı bəhanə gətirilməməlidir. Bu barədə ciddi addım atılmalıdır. Yaşadığım ünvana 4 km məsafəyə gətirə bilirlər, amma birbaşa ünvana çatdıra bilmirlər. Bu nə dərəcədə düzgündür? Siz olsanız, bu maili oxuyanda nə edərdiniz və Leo Bank haqqında nə düşünərdiniz? Bəlkə kimsə əlil arabasından tərpənə bilmir. Niyə ünvana çatdırılmır?
Leobank haqqında daha çox rəy oxu