App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

McDonald's haqqında rəy

3 ay əvvəl

A
Anonim yazır:
★
★
★
★
★

Salam. "McDonald's" "Gənclik Mall" restoranının rəhbərliyindən bir sıra şikayətlərim var. Hansı ki, bu restoran daxilində özbaşınalıq baş alıb gedir. Belə ki, restoranın direktoru direktor olaraq yox, insanlıq olaraq bəzi problemləri var. Qarşısındakı aşağı vəzifəli şəxslərə qarşı saymamazlıq edir və həmin insanlara qarşı mənasız dərəcədə pis davranır. Bununla yanaşı restoran daxilində olan bəzi şəxslərə iş mühitindən kənar yaxınlıq göstərir. İstər dost, istər başqa münasibət olsun. Belə ki, restoranda çalışan bir xanım ilə olan dostluq və ya başqa bir əlaqəsinə görə bu xanım standartları düzgün bilmir və işinə laqeyd yanaşır. Hansı ki, assistənt-2 vəzifəsində çalışmasına baxmayaraq işdə məsuliyyətsizlik edir və bu, direktor tərəfindən görməzdən gəlinir. Bu da restoran daxilində hüzursuzluqlar yaradır və digər məhsul şəxslərin, "McDonald's" restoran zəncirində yetişmiş şəxslərin (bəzilərinin təcrübəsi 10 ildən çoxdur) rəqib şəbəkələrə getməyinə səbəb olur. Direktorun rəftarları bununla da bitmir. İş mühitində kommunikasiya qaydalarını pozaraq işçilərin bəzilərinin şərəf və ləyaqətinə zərər verəcək ifadələr işlədib. Ancaq bunu hər kəsin içində yox, təklikdə edir. Çox xahiş edirəm, direktor haqqında tez zamanda tədbir görülsün. Diqqətiniz üçün minnətdaram.

McDonald's haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!