Artıq 3 həftədir ki, onlayn şəkildə Nar nömrə sifariş etmişəm. Nömrə mənə çatdırıldı və 7 manat balans da artırdım, lakin bu 3 həftə ərzində nömrə aktiv olmayıb. Müxtəlif telefonlara taxaraq da yoxlamışam, amma nəticə eyni qalır — nömrə işləmmir. Məsələ ilə bağlı Nar-ın onlayn çat xidmətinə 40 nəfəri xətdə gözləyərək əlaqə saxladım, amma problem həll olunmadan söhbət yarımçıq kəsildi. Daha sonra təxminən 40 nəfəri daha gözləməli oldum. Nömrəni aldığım Nar WhatsApp nömrəsinə dəfələrlə yazmışam, lakin yalnız istədikləri vaxt cavab verirlər, bəzən isə günlərlə heç bir cavab yazmırlar. Bir müştərini 3 həftə gözlətmək, bu qədər məsuliyyətsizlik və özbaşınalıq yolverilməzdir. Xahiş edirəm, problemim tez bir zamanda həll olunsun.
Nar Mobile haqqında daha çox rəy oxu