Salam. Siyəzən rayonu H. Talıbov qəsəbəsində yerləşən OBA marketin əməkdaşları və rəhbərindən şikayətim. Hər alış-verişdə xırda qəpiklər qalır ki, onu nə işçilər qaytarır, nə də biz tələb edirik. Dəfələrlə olub, bu hal (1_2_3_4_5_6_7) qəpiklər qalır, etiraz etmədən tələb etmirik. Bir ailə olaraq bütün bazarlığı həmin OBA marketdən edirik. Dünən 0.20₼ qalıq qaldığı üçün mənə batareyanı vermirdilər. Rəhbər xanıma deyildi, o da minnətlə dedi verin, gətirib verər. Elə bil 0.20₼-a acıqıq. Hətta orada bildirdim ki, yaxın yaşayırıq, hər dəfə bazarlığa bura gəlirəm, gecdir, axşamdır, səhərə keçib verərəm; minnətlə xanım dedi verin. Niyə bəs bizim qalan qəpiklər nəzərə alınmır, verilmir? Nə səbəbdən böyük bir puldan getmir söhbət, amma təsir edir. Köhnə kollektiv yenisi ilə əvəz olunsa da, içi, rəhbər qarışıqdır, hələ də yaxşı deyillər. Xahiş edirəm, belə hərəkət insanlarda aqressiya yaradır, işçiləri lazım olan qədər kurslara dəvət edin, maarifləndirmə aparın.
Oba Market haqqında daha çox rəy oxu