Salam. Mən Rabitəbankdan 17.9% faizlə kredit götürməyə razılaşdım, krediti 20.5% ilə rəsmiləşdirdilər. Bu qədər yalan niyə lazımdır? Hələ üstəlik Naxçıvan filialında olan birisi danışıq tərzi yoxdur, müştəri ilə danışmağı bacarmır. Kobudluğa yol verdi, dəfələrlə. Biz də vətəndaşlarla işləyirik və onlara həmişə xoş ünsiyyət göstəririk. Nəzərə alsanız yaxşı olardı. Çünki müştəri məmnuniyyəti önəmlidir. Və bu səbəbdən bank kreditimi digər banka daşıyacağam. Xahiş edirəm bu haqda tədbir görəsiniz ki gələcəkdə yeni müştəriləriniz üçün bu kimi hallar qeyd alınmasın.
Rabitəbank haqqında daha çox rəy oxu