App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Uber haqqında rəy

1 il əvvəl

A
Anonim yazır:
★
★
★
★
★

Bu gün 8-ci km bazardan çıxandan sonra Lotos Ticarət Mərkəzinin qabağında üzü Neftçilər metrostansiyasına tərəf dayandığım yerdən Süleyman Rüstəm 35A ünvanına getmək üçün taksi sifariş etdim. Nömrəsini tam xatırlaya bilmirəm, Ancaq 77?108 ağ rəngli Prius markalı maşının gələcəyi bildirildi. Bir müddət sonra sürücünün çatdığına dair mesaj gəldi. Ancaq maşını görə bilmədim. Əlaqə saxladıqda 07******** sürücü sifariş verilən yerin qarşı tərəfdə və tamamilə əks istiqamətdə olduğunu bəhanə gətirdi. Mən dayandığım yerdən sifariş verdiyimi və hərəkət etmədiyimi desəm də faydası olmadı. Sifarişi yerinə yetirməkdən imtina etdi. Buna baxmayaraq, daha sonra kartımdan 2.40 AZN çıxılmış oldu. Mən buna qəti etirazımı bildirir və həmin məbləğin qaytarılmasını tələb edirəm.

Uber haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!