App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Birmarket (Umico) haqqında rəy

8 ay əvvəl

R
Ramil yazır:
★
★
★
★
★

Millət qəti umico (Birmarket) şəbəkəsindən telefon, playstation pultları almayın. Fakt mən 15.08.2025 tarixində bunlardan Redmi 14 c 8/256 prametrli telefon almışam və hələdə məhsulumun üzünə həsrət qalmışam. Telefon defekt çıxıb və diaqnostika 14 iş günü adıyla gedib və uzun sürən qanlı davadan sonra 19.09.2025 tarixində məntəqəyə gəldi. Baxdım ki telefon necə vermidimsə ondanda pis halda üstümə gəlib və öz sistem yenilənməsini, eləcədə SİMA kimi proqramları yenədə dəstəkləməyir. Hansıki bu problemlərlə əlaqəli bu telefonu geri təhvil vermişdim bunlara. Diaqnostikalarında guyaki heç bir problem olmadığını mənə bildirsələrdə təəssüf ki helə eyni problemin üzərinə donmaq kimidə problemlər qataraq baxmadan geri mənə qaytarmışlar. Hal hazırda məhkəməyə müraciət etmişəm. Bunlar hələdə öz yalan nağıllarlını danışaraq mənim nə pulumu nə yenisiylə əvəzlənməsini nədə nəğd qiymətə aldığım telefonumu geri verməyirlər. Bundan əlavə bunlardan alınan telefonun mygovda İMEİ qeydiyyatı dolayısı yolla qeydiyyat olduğu görünsədə E-Custom saytında qətiyyən qeydiyyatdan keçmədiyi göstərilməkdədir. Burdada şübhəli məqam yaranır ki bunlar bu telefonu ölkədə necə qeydiyyatdan keçirirlər??30 gün dedilər artıq 40 gün keçib hələdə qeydiyyat edilməyib

Birmarket (Umico) haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!