App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Birmarket (Umico) haqqında rəy

5 ay əvvəl

Ə
Əzim yazır:
★
★
★
★
★

Salam. Bu Birmarket bir sözlə məni daha bezdirib. Məhsul sifariş edirəm, səhv gəlir, ya neçə günə gəlir. Sonuncu ümumiyyətlə biabırçılıqdır. Məhsulu onlardan almışam. Planşet. Bir ay işlətəndən sonra satmaq istədim. Alan şəxs normal şəkildə IMEI kodunu yoxlamaq istədi, mən də icazə verdim. Məhsul gömrükdə bəyan edilməyib. Biabır oldum; alan şəxsin yanında elə bildilər ki, oğurluq mal satmaq istəyirəm. Şikayətimi bildirdim Umico-ya ki, malınızı qaytarsınlar. Aldılar, dedilər 14 günə diaqnostika nəticəsi bildiriləcək. Zəng edirlər ki, sizin dediyiniz problemi aşkar etmədik. Məhsulu qaytara bilmərik. Orada işçilərin necə olduğu bilinmir. Necə aşkar edilmədi? Mən bunu satmaq istəyirəm. Bəyansız məhsulu necə satım. Bunlar nə tip insanlardır?

Birmarket (Umico) haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!