Umico-da yeni satıcıyam, zinət əşyalarının satışını edirəm. Qısa müddət ərzində mağazanın göstəricilərinə uyğun olaraq məhsul bazamı formalaşdırıb satışa başlamışam, lakin keçən ayın sonundan başlayaraq satdığım 5 məhsul kargoda yoxa çıxıb və mənə məhsullarımın aqibəti ilə bağlı normal heç bir cavab verilmir, müştəri xidmətləri ilə dəfələrlə danışmağıma baxmayaraq, gah məhsullarınız itib, gah da məlumatımız yoxdur deyirlər. Məhsullarımın dəyəri çox olduğu və bazarda qızılın qiymətinin qalxması səbəbi ilə mənə xeyli ziyan vurulub. Eyni zamanda, orta hesabla 10 sifarişdən 5-i itirilirsə burada keyfiyyətdən və ya başqa müsbət bir şeydən söhbət gedə bilməz. Operatorlar rəhbər şəxslərlə danışmaq üçün heç bir şərait yaratmırlar, müvafiq şöbələr isə problemin həlli üçün addım atdıqlarını desələr də heç bir nəticə yoxdur, itirilən bir məhsulu belə geri qaytara bilməyiblər.
Birmarket (Umico) haqqında daha çox rəy oxu