App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Birmarket (Umico)
Birmarket (Umico)

Birmarket (Umico) haqqında şikayətlər və rəylər

Xidmət Xidmət
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Birmarket (Umico) haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Birmarket (Umico) barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (111)

5 ★
1%
4 ★
0%
3 ★
0%
2 ★
4%
1 ★
92%
  • NR
    Nailə Rəhimova 6 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Birmarketdən telefon sifariş etdim. Telefonu işlətdiyim müddətdə telefon qızırdı, o qədər fikir vermədim və sonra ekran getdikcə qaralmağa başladı və söndü və bir daha yanmadı. Məndən diaqnostika üçün götürdülər. 20 gündən sonra hardasa zəng gəldi ki "telefon siz tərəfdən zədələnib". Telefonu xarab şəkildə qaytarırlar, özləri isə "özünüz Samsung-a müraciət edib düzəltdirin və krediti ödəyin" deyirlər. 3 aylıq telefona xarab göndəriblər və mənə deyirlər ki siz tərəfdən zədə alınıb, halbuki telefon öz-özünə xarab olub, mən heç nə eləməmişəm. Birmarket xarab əşyaları camaata satmaqla məşğuldur, oranı şikayət edib yox etmək lazımdır, camaatı aldadırlar, fırıldaqçılıqla qoyublar, yalandan qarantiya qoyublar.

    Ardını oxu...
  • T
    Tehmine 24 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən Birmarketdə ətir aldım. Məni aldadılar, geri qaytarılma etmədilər. Saxtalığı kənara qoyaq, onlayn olduğu üçün heç qaytarmaq olmur və kime edəcəyini də bilmirsən. Valentino ətiri istəmişəm; fərz edin içini Libre ilə doldurub göndəriblər. Saflıqla da, bu nə deməkdir?

  • M
    ★
    ★
    ★
    ★
    ★

    Birmarket Moulinex Fresh Express aldım, içindən məhsul eksik çıxdı. Zəng etdim, problemi həll etmədilər.

  • B
    Billurə 24 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Birmarketdən sifariş vurmuşam. Özləri mayın 9-12-si aralığını iş günü saymadıqları halda məhsulun geri qaytarılmasının qarşısını almayıblar. Hal-hazırda da həmin məhsulu sifariş etmək olmur.

  • R
    Rasim 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    08.04.2026 tarixində elektrik avadanlığı aldım. İlk dəfə alış-veriş edənlərə 20% bonus verirdilər. 4 gündür bonus hesabıma keçmir. Əvvəlcə dedilər 48 saatdan sonra bonus hesaba keçəcək, amma artıq 4 gün keçib. Özlərinə yazıram, biri başqa şöbəyə, o biri də başqa şöbəyə yönləndirir. Beləcə adamı bezdirirlər. Bonusa aldanıb aldım avadanlığı, amma bonusu vermədilər.

  • E
    Elbrus 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən 31 marta müraciət etmişəm, mənim müraciətimə baxan yoxdur. Yığmısınız, deyirlər ki texniki səbəblərə görə. Necə olur, şikayət edəndə texniki səbəb olur? Defekt məhsul vermisiniz, cavabdehlik də daşıyırsınız. Mən artıq məhkəməyə müraciət edirəm, saat 14:00-a kimi gözləyirəm, olmasa məhkəməyə müraciət edəcəm. 1 ay deyil, telefon almışam, telefon xarab çıxır, belə biabırçılıq olmaz.

  • BS
    Bilal Sultanov 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam hamıya, qardaş, bu Birmarket mağazasıdır, inanın, əsəblərim pozulub, telefon almışam, martın 3-də telefonda problem var idi, 13-də servisə getdim, 26-da zəng etdilər, qüsur tapılmadı; hər dəfə zəng edəndə 2-3 gün ərzində telefon çatacaq dedilər; telefon verdiyimiz mərkəzə ortada nə pulu qaytarırlar, nə də telefonu, nağıl danışırlar, sistem xətası ilə bağlı dələduzluğun ən pik yeri Birmarketindir.

  • M
    Mirtogrul 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    24 fevralda Birmarketdən (Tekno) telefon aldım. Təxminən yarım saat sonra Bakcell nömrəsinin işləməməsinə görə geri qaytarma etdim. 25 fevralda telefonu diaqnostika üçün məndən götürdülər. 13 martda “3–5 iş gününə təhvil veriləcək, qüsur yoxdur” dedilər. Nəticədə nə pulumu qaytarırlar, nə də telefonu təhvil verirlər; hər gün fərqli cavab verirlər. Bu mağazadan alış etməyi tövsiyə etmirəm.

  • NB
    Nəzakət Bağırova 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    İnteraktiv lövhə alacaqdım, Birmarketdə 56% endirim görüb aldım, ödənişi etdim, səhəri gün yazdılar ki, üzrü sayın, stokda qalmayıb. Halbuki mağazada stokda var yazırlar. Bu texniki səhv ola bilməz, dələduzluq sayılır: ödənişi alıb başqa məqsədlər üçün istifadə edib sonra qaytarmaq. Böyük ümidim vardı, Birmarketə, amma heyf ki, heyf.

  • F
    Fatimə 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Telefonumu düzəltmək üçün vermişəm, qaytarıb vermirlər, bir aydır.

Bələdçi.az saytının Birmarket (Umico) şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Birmarket (Umico) Baku reyler, umico haqqinda reyler, Birmarket (Umico) shikayet, umico reyler, Birmarket (Umico) kampaniyalar, Birmarket (Umico) sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Birmarket (Umico) barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq