Bugün 3-4 saat əvvəl, sonu 157 ilə bitən ağ rəngdə Şevrolet markalı maşına 2 uşağımla bərabər əyləşdim. Sürücünün demək olar ki, 70-dən çox yaşı var. Bütün yol boyunca eşitmədiyimiz təhqir və qeyri-etik ifadə qalmadı. Yola ümumiyyətlə diqqət etmirdi. 4 dəfə qəza şəraitindən sağ qurtulduq. Ən son artıq dözə bilmədiyimdə sağda saxlamasını istədim və şikayət edəcəyimi bildirdim. Elə dedikdən sonra mənə və uşaqlarıma da təhqirlər etməyə başladı və maşının sürətini daha da artırdı. Ən son çarə polisə zəng edəcəyimi deyib, gedəcəyim ünvandan 1 km uzaqlıqda uşaqlarımla bərabər maşından düşə bildim. Ayağımızı maşından çölə atanda maşını sürdü, az qalsın 4 yaşlı körpəm maşının təkərinə qalacaqdı. Nə qədər bağırsam da maşını dayandırmadı. Maşının tam nömrəsini xatırlamıram, çünki sifarişi tanımadığım bir nəfərdən nağd şəkildə sifariş etməsini istədim. Lakin telefon nömrəsi hələ də durur: +9945524XXX07. Mən şikayətimi lazımi qurumlara etdim. Sizdən də bir cavab gözləyirəm. Nə üçün belə yaşlı insanları işləməyə, insanların həyatları ilə və əsəbləri ilə oynamağa icazə verirsiniz? Mən bu insanı bir daha heç bir taksi şirkətində görməyəcəyimə əmin olana qədər bu məsələni dayandırmayacağam və ictimailəşdirəcəyəm.
Yango haqqında daha çox rəy oxu
Şərhlər (1)
Farida
Halal olsun size! Eyni sheh men yashamisham
Farida