Alfanet haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Alfanet haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Alfanet barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (35)
-
Hər ay, hər həftə internet 7–8 saatlıq kəsilir. Qaradağ rayon, Sahil qəsəbəsində Gülbabayev 9D, Fətəlinin binasında. Buna nə vaxtsa son qoyulacaq, ya yox? İki ildir düzəməlli belə işləmir, nə ötürmə qabiliyyəti, nə də internet var. Xəta nəzarətçiləri ilə mütəmadi əlaqə saxlamaqdan hər iki tərəf artıq bezib. O üzdən bir neçə abonent artıq başqa provayderə keçmək qərarına gəlmişik. Ya son qoyun buna, ya da müştərilərinizlə vidalaşın. Bütün hamıya da alfanetin düzəməlli işləməməsinin təbliğatını belə aparacağam ki, heç kim qoşulmasın. Son dəfə deyirəm, bu ay nəsə olmasa dəyişəcəm.
Ardını oxu... -
Xidmətinizdən narazıyıq. Ya problemi düzgün şəkildə həll edin, ya da biz başqa şirkətlə əməkdaşlıq edək. Sahil qəsəbəsində, “Fətəli” binası kimi tanınan binada internet xətti zəifdir; ayda 3–4 dəfə internet kəsilir. Elə ay olmur ki, xətt nəzarətçilərinizlə əlaqə saxlamayaq. Birinci və sonuncu dəfə yazıram. Bir daha bu hal təkrarlanarsa, başqa şirkətlə müqavilə bağlayacağam.
-
Ərazidə iş gedir. Ya generator qoşun, ya da UPS qoyun. Hər dəfə eyni problem yaşanır; çox güman, gələn ay xidmətdən çıxacağam.
-
İnternet bərbad vəziyyətdədir. Mən belə interneti həyatımda görməmişdim. Elə bil Afrikadan qoşuluram internetə. İnsanlığınız olsun. Aylıq 25-30 manat alırsınız, normal internetinizi verin, camaatın haqqına girməyin.
-
Salam. “Alfanet” adı altında fəaliyyət göstərən bu provayderi heç kimə tövsiyə etmirəm. Şirkət təəssüf ki, pul tələsi ilə insanları aldadır. İnternet xidmətində ən kiçik gecikmə olduqda belə dərhal interneti dayandırırlar. 14 yanvar tarixindən ayın sonuna qədər Wi-Fi ümumiyyətlə işləməyib. Bu müddət ərzində onların qəbuluna düşə bilmədim. Yalnız 2 fevral tarixində usta gəlib problemi aradan qaldırdı. Bununla bağlı müraciət edərək istifadə etmədiyim günlərin kompensasiyasının qaytarılmasını tələb etdim. Operatorlardan biri rusdilli xanım, ondan əvvəl isə bir bəy mənə bildirdilər ki, istifadə etmədiyim günlərin ödənişi tam şəkildə geri qaytarılacaq. Onların sözünə əsasən fevral ayının ödənişini etdim və mənə bildirildi ki, kompensasiya mart ayında təqdim olunacaq. Mart ayı gəldikdə isə internet gecə saatlarında yenidən kəsildi. Qəbul şöbəsi ilə əlaqə saxlayana qədər balansımdan əlavə 3–4 manat vəsait çıxıldı. Nəhayət, əlaqə saxladıqda onlara xatırlatdım ki, bütün müştəri danışıqları qeydə alınır və mənə kompensasiya veriləcəyi vəd edilmişdi. Mənə bildirildi ki, məsələ araşdırılacaq. Lakin bu gün mənə zəng edərək şirkətin kompensasiyanı təmin edə bilmədiyini dedilər. Şirkət verdiyi sözü tutmur və bu, birbaşa müştərinin maddi zərəərə salınması deməkdir. İnternetin cəmi bir dəqiqə belə artıq işləməsinə imkan vermədən dərhal kəsirlər. Halbuki mən şirkətin problemi səbəbindən 14 gün internetdən istifadə edə bilməmişəm və bunun kompensasiyasının veriləcəyi rəsmi şəkildə vəd olunmuşdu. Sonda isə əsassız olaraq problemin guya mənim tərəfimdən “Wi-Fi reset edildiyi” üçün yarandığını iddia etdilər. Mən ümumiyyətlə reset düyməsinin yerini belə bilmirəm. Əgər problem mənim tərəfimdən yaranmış olsaydı, evdə quraşdırılmış kamera normal işləməzdi. Hazırda kamera işlədiyi halda telefon, kompüter, televizor və planşetdə internet yoxdur. Bu isə problemin istifadəçidən deyil, birbaşa şirkətin xidmətindən qaynaqlandığını göstərir. Bu cür məsuliyyətsiz və müştərini aldadan yanaşma qəbuledilməzdir. Şirkətin bu hərəkətləri ilə bağlı müvafiq tədbir görülməsini tələb edirəm.
Ardını oxu... -
Fevralın 2-si qoşulmuşam, martın birinə keçən gecə borca görə bağlanıb internet, bu necə olur, cəmi 21 gün edir, martın yeddisi bağlanmalıdır əslində?
-
İnternet çox bərbaddır, iki gündən bir set gedir, zəng vurursan, deyirlər o ərazidə iş gedir, söndürürlər, 20 AZN aylıq pul alırlar, çox-çox bərbaddır. Deyiləsi deyil, güc zəifdir, tez-tez itir, set, bir sözlə çıxmaq istəyirəm. Qonşularda var, başqa problemdir, 50 ildir bir dəfə şikayət olmayıb.
-
Bu ay sondur, özümə söz vermişəm, belə provayder olar, daha aylığını ödəyəcəyəm. Pulum boşu-boşuna gedir. Əlaqə nömrələri qoyublar, zəng edirsən, götürmürlər. Bu nə özbaşınalıqdır, bir köpüklük işləmir. Whatsappda mesaj belə getmədiyi vaxtlar olur. Telefonu açın, heç olmasa şikayət bildirək də sumqayıt filialı.
-
İnternet çox bərbaddır, buna bir çarə tapın bezmişik daha zəng etməkdən, nə vaxtda zəng edirsən, bazada problem var deyirlər.
-
Axır vaxtlar çox pis işləyir. Zəng edəndə standart söz deyirlər, problem var, düzələcək.
Bələdçi.az saytının Alfanet şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Alfanet Baku reyler, alfanet haqqinda reyler, Alfanet shikayet, alfanet reyler, Alfanet kampaniyalar, Alfanet sikayet, unvan
Bakıda
