App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Alfanet haqqında rəy

3 ay əvvəl

M
Məhəmməd yazır:
★
★
★
★
★

Salam. “Alfanet” adı altında fəaliyyət göstərən bu provayderi heç kimə tövsiyə etmirəm. Şirkət təəssüf ki, pul tələsi ilə insanları aldadır. İnternet xidmətində ən kiçik gecikmə olduqda belə dərhal interneti dayandırırlar. 14 yanvar tarixindən ayın sonuna qədər Wi-Fi ümumiyyətlə işləməyib. Bu müddət ərzində onların qəbuluna düşə bilmədim. Yalnız 2 fevral tarixində usta gəlib problemi aradan qaldırdı. Bununla bağlı müraciət edərək istifadə etmədiyim günlərin kompensasiyasının qaytarılmasını tələb etdim. Operatorlardan biri rusdilli xanım, ondan əvvəl isə bir bəy mənə bildirdilər ki, istifadə etmədiyim günlərin ödənişi tam şəkildə geri qaytarılacaq. Onların sözünə əsasən fevral ayının ödənişini etdim və mənə bildirildi ki, kompensasiya mart ayında təqdim olunacaq. Mart ayı gəldikdə isə internet gecə saatlarında yenidən kəsildi. Qəbul şöbəsi ilə əlaqə saxlayana qədər balansımdan əlavə 3–4 manat vəsait çıxıldı. Nəhayət, əlaqə saxladıqda onlara xatırlatdım ki, bütün müştəri danışıqları qeydə alınır və mənə kompensasiya veriləcəyi vəd edilmişdi. Mənə bildirildi ki, məsələ araşdırılacaq. Lakin bu gün mənə zəng edərək şirkətin kompensasiyanı təmin edə bilmədiyini dedilər. Şirkət verdiyi sözü tutmur və bu, birbaşa müştərinin maddi zərəərə salınması deməkdir. İnternetin cəmi bir dəqiqə belə artıq işləməsinə imkan vermədən dərhal kəsirlər. Halbuki mən şirkətin problemi səbəbindən 14 gün internetdən istifadə edə bilməmişəm və bunun kompensasiyasının veriləcəyi rəsmi şəkildə vəd olunmuşdu. Sonda isə əsassız olaraq problemin guya mənim tərəfimdən “Wi-Fi reset edildiyi” üçün yarandığını iddia etdilər. Mən ümumiyyətlə reset düyməsinin yerini belə bilmirəm. Əgər problem mənim tərəfimdən yaranmış olsaydı, evdə quraşdırılmış kamera normal işləməzdi. Hazırda kamera işlədiyi halda telefon, kompüter, televizor və planşetdə internet yoxdur. Bu isə problemin istifadəçidən deyil, birbaşa şirkətin xidmətindən qaynaqlandığını göstərir. Bu cür məsuliyyətsiz və müştərini aldadan yanaşma qəbuledilməzdir. Şirkətin bu hərəkətləri ilə bağlı müvafiq tədbir görülməsini tələb edirəm.

Alfanet haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!