App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Araz Supermarket
Araz Supermarket

Araz Supermarket haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Araz Supermarket haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Araz Supermarket barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (99)

5 ★
4%
4 ★
0%
3 ★
8%
2 ★
4%
1 ★
75%
  • E
    Elgün 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Araz Space superstore-dakı Kamran adlı mühafizəçi 23.12.2025-ci il tarixində mənim Rossmandan hər hansı bir məhsula əyib baxdığım zaman cibimə qoyduğumu əmin şəkildə bildirdi. Mənimlə sərt danışdı, iddiasını sübut edə bilməsə də, üzr istəmədi. Sona qədər də kobud davrandı, qeyri-etik davranış sərgilədi!

  • F
    Fidan 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Elmlərdə yerləşən Araz minimarketdə işləyən dönər hazırlayan qadın müştərilərlə çox kobud rəftar edir və üz mimikaları da çox aqressivdir. Bu gün dərs çıxışı marketdə qrup yoldaşlarımla oturub bulku yeyəndə həmin işçi bizə qışqıraraq sərt bir şəkildə 'oradan durun' dedi, amma orada gözləyən yox idi, olsa biz də başa düşürük ki, durmaq lazımdır, həm də biz yeməyimizi bitirməmişdik, qısaca çox hörmətsiz yanaşdı və sırf buna görə bir daha o marketə girməyəcəyik.

  • T
    Tural 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sadəcə bir nəfər müştərini qəbul edir, növbə sayı hesabı bilinmir.

  • A
    Anonim 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nərimanov Metrosu yaxınlığında Araz super arketdə gastronomda olan işçi xanınmların danışıq qabiliyəti tərzləri heç iç açıcı deyil, çox mədəniyyətsiz davranış edirlər.

  • A
    Anonim 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    "Araz" mağazası haqqında rəy – Azadlıq prospekti, Binəqədi şossesi, ev 244 ünvanında yerləşir Uzun müddətdir ki, bu mağazadan hər gün alış-veriş edirəm, çünki evimə yaxın yerləşir. Təəssüf ki, burada müşahidə etdiyim davranışlar xoşagələn deyil. İşçilərin kobud və sayğısız münasibətini uzun müddət görməməzliyə vurmağa çalışmışam, amma bu hal davamlı şəkildə təkrarlanır. Xüsusilə, mağazada müştəri sayı çox olanda rəhbərlik kömək etmək əvəzinə şəxsi telefon danışıqları ilə məşğul olur. Kassa arxasına keçdikdə isə məhsulları kobud şəkildə atırlar, bu da müştəriyə hörmətsizlik kimi görünür. Bəzən elə təəssürat yaranır ki, bəzi əməkdaşlar vəzifələrinin məsuliyyətini unudurlar. Bundan əlavə, mağazada tez-tez keyfiyyətsiz və köhnəlmiş məhsullar satılır. Bəzi hallarda məhsulun üzərindəki tarixlərin dəyişdirildiyi və ya son istifadə müddətinin yenidən yazıldığına dair şübhələr yaranır. Bu cür halların aradan qaldırılması üçün daha ciddi nəzarət və müştəri məmnuniyyətinə yönəlmiş yanaşma vacibdir.

    Ardını oxu...
  • Ə
    Əbdülmanaf 8 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, 31.08.2025 tarixində təxminən səhər saat 8:00 radələrində Bakı-Ələt yolundakı filialınızdan alış-veriş etdim və ödənişi kartla edəcəyimi bildirdim. İlk cəhddə ödənişin baş tutmadığını bildirdilər və ikinci dəfə kartı yaxınlaşdırdım post terminala. Sonda məlum oldu ki, ödəniş iki dəfə çıxıldı. Bildirdilər ki, ödənişin biri gün ərzində sizə geri qaytarılacaq. Hələ də ödəniş qaytarılmayıb. Məbləğ 40.07 AZN. Zəhmət olmasa, məsələyə baxıb məbləğin geri qaytarılmasını təmin edəsiniz.

  • S
    Seymur 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Xətai rayon Cavanşir küçəsindəki Araz marketdə toyuq məhsulu aldıq, işlənmişdi. Qaytarmaq üçün çek tələb elədilər. Bizdə çəki tapa bilmədik. Qaytarılmadı.

  • ƏM
    Əzizə M. 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Dostunu gətir kampaniyası ilə şikayətim var, 7 ay keçib, hələ də ödəniş olunmayıb, zəhmət olmasa fikir bildirərdiz.

  • A
    ★
    ★
    ★
    ★
    ★

    Mingəçevirdə Araz marketdə Cavid adlı səhv etmirəmsə administratordu. Çox əsəbi şəkildə müştərini yola salır. Yəqin ki, ona belə tapşırılıb. Çünki həmişə elə olur. Bu gün adını öyrəndim ki, səndən şikayət edəcəm. Hətta mənə şikayət etməyin üçün məsləhət də verdi. Biyabırçılıq

  • ÇH
    Çiçək H. 10 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün endirimlə aldığım məhsulu Bayıl filialında endirim yazılıb, vitrində endirimsiz məhsulu vururlar. Hətta kassir xanıma bildirdim ki, endirim tətbiq etmisinizmi, bu cür hala yol verilməsi heç düzgün deyil.

Bələdçi.az saytının Araz Supermarket şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Araz Supermarket Baku reyler, araz-supermarket haqqinda reyler, Araz Supermarket shikayet, araz-supermarket reyler, Araz Supermarket kampaniyalar, Araz Supermarket sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Araz Supermarket barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq