Araz Supermarket haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Araz Supermarket haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Araz Supermarket barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (99)
-
Salam, mənim şikayətim vardı. Hövsan qəsəbəsi e. Məmmədov küçəsi 5 k ünvanında yerləşən arazda kameraya baxan xanıma deyin ki, bir zəhmət gözü görmürsə, bu işlə məşğul olmasın. Ya da 4 dənə eynək taxsın, sonra baxsın ki, günahsız uşağa şər atmasın.
-
Добрый вечер. Прошу принять особые меры в Араз Маркете, который находится в Мехеммедли. Во-первых, уберите таксистов, которые толпятся возле входа в маркет, обсуждают непонятные вещи, ругаются и пристально смотрят на женщин, проходящих мимо. По какому праву они устроили там стоянку? Во-вторых, просьба обучить ваших кассиров правильной речи. При приёме на работу хотя бы проверяйте, умеют ли они общаться с клиентами. Набрали персонал, который даже разговаривать с клиентами не умеет. В-третьих, недопустимо, чтобы кассиры спорили с клиентами. Говоришь кассиру, что хочешь оплатить наличными, а она отвечает: «Я не могу, у меня нет сдачи». Почему кассиры настолько безответственны, что даже не знают, хватает ли у них денег в кассе? Раньше, когда этот маркет только открылся, всё было хорошо. Я хожу туда уже 10 лет и с каждым днём всё больше замечаю хамское отношение к клиентам. Некоторые кассиры ведут беседы между собой, пока клиент ждёт, другие бегают за чаем прямо на кассе, обсуждая, когда можно уйти на перерыв. Из-за этого обслуживание замедляется, создаются очереди. Постоянные проблемы с сетью и программным обеспечением. Цены на товары расположены в хаотичном порядке, хотя, насколько я насчитал, там работает минимум 5 администраторов! Очень прошу вас привести коллектив в порядок.
Ardını oxu... -
Magaza AA34 kassir Fatimə, kolbasa almışam, malın üzərində 4m 96q yazılıb, çekdə isə 6m20q, bu da təzə fırıldaqdır.
-
Özel eşyalarımı depo dolapda biraktim bıraktıgim eşyalarımı çalmişlar ve bundan sorumlu sorumlu olmadıklarını söylüyorlar, yarin şikayet etmeye gidecem
-
Araz marketə alış-veriş edim. Kapital kartıyla ödəniş edim, amma mənə nə ərzaq, nə də pulumu vermədilər. Bank əlaqə saxladıq, bank ödənişi təsdiqlədi. Xahiş edirəm, mənə kömək edin.
-
Bayıl 2 flialının müdürü Mirbaba adlı şəxsdən narazıyıq. İşçilərlə çox kobud rəftar edir. Bugün bir neçə işçi işdən çıxmaq və transfer getmək məcburiyyətində qaldı. Həm Mirbaba, həm də baş satıcı Dilarə bütün gün əllərində telefon kimləsə söhbət edirlər və işə yeni daxil olan personala işlə bağlı məlumat verib dəstək göstərmirlər. İt kimi rəftar edirlər, nəsə soruşanda "yeri get, uzaqlaş, mən niyə edirəm özün et və s." kimi sözlər işlədərək özlərini deputat kimi aparırlar. Artıq uzun müddətdir. Onların işdən çıxarılmasını tələb edirik, yoxsa ümumiyyətlə şirkəti məhkəməyə vermək məcburiyyətində qalacıq. Heyvan deyilik!
Ardını oxu... -
Араз маркет Бузовна ул. Расим Иманов. Обслуживающий персонал грубый, не грамотный, абсолютно не умеющий работать с покупателями. Не приятно заходить в маркет. Откуда берётся персонал? Если с улицы, то хотя б научите их правильно обращаться с покупателями.
-
Salam, mən araz marketdən 2 yanvar 2025-ci ildə saat 15:27-də alış-veriş etdiyim zaman mağaza saxtakarlığına yol verilmişdir. Garnier spery aktiv məhsulunun rəf qiyməti 3.98 yazıldığı halda kassada məhsulunun qiyməti 6.55 qiymətində vurulmuşdur, bu məhsulunun qiymətini düzəldin. Düzəltməsəniz, sizinlə bağlı aidiyyəti orqanlara müraciət edəcəm.
-
Artıq 2-ci dəfədir ki, Mir Cəlal küçəsində Elmed klinikasının yanında yerləşən Araz marketdən narazı qalıram. Vaxtı keçmiş məhsulu stenddə saxlayırlar, açılmış süd qutusunu da. Yoxlayan, nəzarət edən yoxdu. Çoxlu alıcı var, amma kassalar cəmi 2-3 dənəsi açıq olur. İşlər ləng gedir və intizamsızlıq hiss olunur. Müştəri ilə davranışlarında isə kobudluq hiss olunur. Heç kəs, heç kəsi məcburi ora bağlamayıb. Sevmədiyiniz yerdə işləmək məcburi deyil. Xahiş olunur, nəzarət qaydalarını gücləndirəsiniz.
-
Salam. Bu gün Nerimanov Heyder Əliyev prospekti ilə Elyar Əliyev küçəsinin kəsilməsi olan filialınızda bu gün 07.11.2024 saat 14:15-də balaca uşaq yanımda növbə gözləyirəm, önümdə 4 nəfər var, hər kəs kimi növbə gözləyirəm. Arxamda bir cavan oğlanı mənim etirazıma baxmayaraq kassiriniz Nilufer növbədən kənar keçirdi. 1-mən uşaqla növbə gözləyirəm, cavan oğlan niyə məndən önə keçməlidir? 2-ci ki, çeki verməyib. Uşaqla çek üçün bir də geri qayıtmışam. Bu nə özbaşınalıqdır. Niyə müştərilərlə kobud davranırlar. Ceki verməyib, bir də mənə cavab qaytarır, nə haqqla. Niyə insanların əsəblərlə oynayırsınız?
Ardını oxu...
Bələdçi.az saytının Araz Supermarket şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Araz Supermarket Baku reyler, araz-supermarket haqqinda reyler, Araz Supermarket shikayet, araz-supermarket reyler, Araz Supermarket kampaniyalar, Araz Supermarket sikayet, unvan
Bakıda
