AZAL haqqında şikayətlər və rəylər
Siz bu səhifədə AZAL haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin AZAL barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (57)
-
Salam, hal-hazırda təyyarədəyəm Naxçıvana uçuram. Uçuş saat 19:00-dadır. Qeydiyyata saat 17:15-də ailəmlə birlikdə gəlmişəm. 3 nəfərik (mən yoldaşım və 11 yaşlı oğlum). Oturacaqlar düz qanadın üstündə təyyarənin ortasındadadır. Şikayətim budur ki, hamıdan qabaq qeydiyyata gəlib Nəyə görə təyyarənin sonunda oturmalıyam. 16 ildir belədir ayrıseçkilik qoyulur. Məndən 1 saat sonra gələnlər lap öndə yerləşdirilir. Nəyə görə belə ayrıseçkilik azal tərəfindən qoyulur.
-
19 noyabr tarixində Naxçıvan Bakı istiqamətində bilet qaytarmışam, mənə 33 iş günü ərzində ödənişin karta oturacağı deyilib, lakin artıq 3-cü aya keçir və mənim ödənişim hələ də qayıtmayb, çox məsuliyyətsiz şirkətdir, özüm tələbəyəm, pulumu da yeyblərsə haramları olsun. Neçə dəfədə kassaya yaxınlaşmışam nömrəmi götürüb “sizinlə əlaqə saxlayacağıq”, “sabaha 1 həftəyə pulunuzu karta oturacağıq” deyiblər, həm yalançı, həm də belə məsuliyyətsiz şirkət görməmişəm.
-
Salam, mənim atam veterandır, ona kompensasiya ilə bağlı 33 iş günü ərzində ödəniləcəyi barədə məlumat verdilər, indi isə ödənilmir, hara yazıram, gözlüyün deyirlər, heç harada şikayət edə bilmirəm, niyə yalandan 33 iş günü ərzində ödəniləcək deyirsiniz və ödəmirsiniz.
-
Bu axşam saat 22:55-də uçmalı idi təyyarə. Saat 00:16-da uçdu. Niyə səbəbsiz gecikdirirsiniz? Hər kəsin işi var. Sizin A Jet-dən nə fərqiniz oldu?!!
-
21 Sentyabrda Bakıdan Moskvaya gəldik. Baqaj xidməti çox pisdir. Çemodan qırıq şəkildə gəldi, baqajın biri ümumiyyətlə gəlmədi. Gözləməli olduğumuzu dedilər, sonra dedilər ki, ümumiyyətlə gəlməyib, biz də çarəsiz şəkildə getməli olduq.
-
20.09.2009 tarixində, 01:30 radələrində Wizzair reysinə qeydiyyat üçün Mirrovşən Mirhəsənli adlı əməkdaşa yaxınlaşıb sənədlərimi təqdim etdim. Heç bir səbəb olmadan ilkin mənim içkili olduğumu söyləyib, ayağa qalxaraq üzərimə gəldi. İçkili olmadığımı bildirdim, amma əməkdaş mənim içkili olmadığımı bilə-bilə kobud rəftara başladı. Kinayəli baxaraq, “keç, digər əməkdaş sizin sənədlərə baxsın” dedi. Ona mənimlə niyə bu cür danışdığını və bu cür kobud rəftar etdiyini soruşdum, əməkdaş başqa bir əməkdaşı çağırıb “içkilidi” dedi. O əməkdaş da yaxınlaşdı, mənə ki, içkili olmadığımı bildirdim və yoxlama varsa, yoxlamadan keçə bilərəm dedim. O da içkili olmadığımı bildi, sənədlərimi digər əməkdaşa təqdim etdi ki, qeydiyyat aparsın. Xahiş edirəm, bu saxta ittihamla və kobudca davranan əməkdaş haqda tədbir görülsün. Onun ad-familiyasıyla soruşanda, yenə də kobudluqla, kinayə ilə ad-familiyası Mirrovşən Mirhəsənli kimi özünü təqdim etdi.
Ardını oxu... -
Azal şirkəti 11 apreldə Mədinə-Bakı reysində çemodanımızı itirdi. Artıq 5 aya yaxındır ki, zəng edib şikayət etmədiyim telefon nömrəsi və məktub yazmadığım email yoxdur, amma 1 manat da olsa, kompensasiya ödənməyib. Süründürməçilik... elə bil dünyanın sivilizasiyadan uzaq, geri qalmış ölkələrinin hava yollarıdır.
-
Salam, mənim dayıoğlum Naxçıvandan gəlib, ancaq baqajı götürməyə gücü çatmır, yaşlı adamdır. Baqajı götürməyə icazə vermirlər, baqajın piltəsi də məndədir. Yeni rəis Pərviz yeni qanun çıxarıb.
-
1 ulduz da çoxdur. Saat 23:20-də olan uçuş növbəti gün 05:35-ə təxirə salınıb və heç bir səbəb göstərmirlər.
-
Naxçıvan Hava limanında qaydalara uyğun olaraq, 28.08.24 saat 16:45-də növbə götürmüşdüm. Gecə saat 2-yə kimi 300 nəfər qəbul olundu. Demişdilər ki, səhər sizin növbə çatacaq. Səhər saat 8-də dedilər ki, növbəniz sıfırlandı. Yenidən bir günlük növbəyə durmalısınız. Növbənin yenilənməsi barədə mənə məlumat verilməmişdi. Niyə mən yenidən 24 saat burada bilet gözləməliyəm?
Bələdçi.az saytının AZAL şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
AZAL Baku reyler, azal haqqinda reyler, AZAL shikayet, azal reyler, AZAL kampaniyalar, AZAL sikayet, unvan
Bakıda
