App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Azercell haqqında rəy

29 gün əvvəl

O
Orkhan yazır:
★
★
★
★
★

Hər ay stabil Gencol tarifindən istifadə edirəm. Bu gün etdiyim ödəniş (9 AZN) mənim istəyim olmadan və fiziki heç bir seçim etmədən sistem məni özü təyin etdiyi "internet" paketinə atıb. 9 AZN ödəniş etmişəm, 3 GB internet paketi verib. Amma proqramda hələ də Gencol tarifim var. Operatorla danışıram, kod verir ki, ləğv edə bilərsiniz. İzah edə bilmirəm ki, mənim istəyim olmadan sistem niyə özbaşına mənə tarif təyin edib pulumu çəkir?! Bəlkə məni qane etmir, bəlkə daha üst paket təyin edəcəyəm. Avtomatik tarif yüklənib və mən ləğv etmək məcburiyyətində qalıram. Tariflərin qiyməti dəyişibsə abunentə məlumat bildirişi gəlməlidir, özbaşına sistemin müştəriyə paket təyin etməsindən ciddi şəkildə narahatam və şikayətçiyəm! Ödənişli xidmətlər (bütün sektorlarda) müştəri tərəfindən seçilib təyin olunmalıdır, sistem avtomatik və əsassız buna qərar verə bilməz, bu qeyri-qanuni xidmətdir. Siz xidmət göstərən tərəfsiniz, abunent isə xidmət alan tərəfdir və bu məntiqi olaraq abunentin istəyi əsasında təyin olunmalıdır. Sistem buna avtomatik qərar verə bilməz.

Azercell haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!