App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Azercell
Azercell

Azercell haqqında şikayətlər və rəylər

Mobil operator Mobil operator
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Azercell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Azercell barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (35)

5 ★
3%
4 ★
0%
3 ★
3%
2 ★
3%
1 ★
89%
  • A
    ★
    ★
    ★
    ★
    ★

    Heç bir fiziki seçimim olmadan məni də götürüb Busuu diyə faydasız bir şeyə abunə ediblər. Balansımdan 5-10 manat çıxıldıqdan sonra mənə məlumat gəlir ki, xəttiniz bağlanıb. Diqqət demirlər, ee Busuuya abunə etmişik, gündəlik 35 qəpik çəkib yeyirlər, ona görə 'xəttiniz bağlandı' demirlər. Əksinə elə edirlər ki, sən yenə yükləyəsən, onlar yeyə. Nəticə: heç nə, çarəsizlik — kimə şikayət edəsən. Not: 1 ulduz verdik, o da çarəsizlikdən ya 😀 Daha aşağısı olsa onu seçərdik

  • Q
    ★
    ★
    ★
    ★
    ★

    İşləmişəm nə vaxtsa çox sərfəlidir

  • O
    ★
    ★
    ★
    ★
    ★

    Hər ay stabil Gencol tarifindən istifadə edirəm. Bu gün etdiyim ödəniş (9 AZN) mənim istəyim olmadan və fiziki heç bir seçim etmədən sistem məni özü təyin etdiyi "internet" paketinə atıb. 9 AZN ödəniş etmişəm, 3 GB internet paketi verib. Amma proqramda hələ də Gencol tarifim var. Operatorla danışıram, kod verir ki, ləğv edə bilərsiniz. İzah edə bilmirəm ki, mənim istəyim olmadan sistem niyə özbaşına mənə tarif təyin edib pulumu çəkir?! Bəlkə məni qane etmir, bəlkə daha üst paket təyin edəcəyəm. Avtomatik tarif yüklənib və mən ləğv etmək məcburiyyətində qalıram. Tariflərin qiyməti dəyişibsə abunentə məlumat bildirişi gəlməlidir, özbaşına sistemin müştəriyə paket təyin etməsindən ciddi şəkildə narahatam və şikayətçiyəm! Ödənişli xidmətlər (bütün sektorlarda) müştəri tərəfindən seçilib təyin olunmalıdır, sistem avtomatik və əsassız buna qərar verə bilməz, bu qeyri-qanuni xidmətdir. Siz xidmət göstərən tərəfsiniz, abunent isə xidmət alan tərəfdir və bu məntiqi olaraq abunentin istəyi əsasında təyin olunmalıdır. Sistem buna avtomatik qərar verə bilməz.

    Ardını oxu...
  • H
    Həsən 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Azercell əməkdaşı mənə zəng edərək tarif paketi təklif edir və mən də qəbul edirəm. 2 həftə sonra şəbəkə daşınmasını edirəm və sonda mənə deyirlər ki, o paket yoxdur. 30 manatlıq paket təklif edirlər, hansı ki Bakcell-də daha ucuzunu istifadə edirdim. Sadəcə dəhşətdir. Bu qədərmi özbaşınalıqdır? Nəyə güvənərək insanları belə aldadırlar?

  • A
    Anonim 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Hörmətli Azercell, siz TeliaSoneranın qurub yaratdığı Azercell operatorunu məhv etdiniz. Tariflərinizin qiyməti isə pik hədlərə çatıb artıq. Mən sərhəd bölgəsində yaşayan bir vətəndaş kimi başa düşdüm ki, rus mobil operatorları sizdən 5 dəfə ucuzdur. Bütün kənd olaraq rus mobil operatoruna keçirik. Siz itirə-itirə gedirsiniz.

  • R
    Ruslan 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bütün dünyada telefon tarifləri və internet qiyməti çox ucuzlaşır. Siz isə qaldıra-qata gedirsiniz. Açığı bir abonent olaraq mən dərk edirəm ki, Azercell daha da itirir. Məni kimi onlarla abonent imtina edir. Çünki hər gün pul yükləmək faciədir mənim üçün.

  • S
    Sədi 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    21 manatımı qaytarmırsınız. Bank kartından nömrəyə 21 AZN köçurmuşəm, kartdan çıxılıb, amma vəsait nömrəyə yüklənməyib. Tədbir də görmürsünüz. Hamı da bir-birinin üstünə atır.

  • A
    Anonim 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Belə şey heç vaxtı görməmişdim. Həmişə Azercell istifadə edirdim, indi də istifadə edirəm, amma bu tarif çox pis tarifdir. Balansımı artırıram, sabahki günə nömrəm bağlanır balans ola-ola. Bu haqq da çox və çox narazıyam!

  • S
    Sevinc 9 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nisbətdən ucuz tarifləri ləğv edib, ancaq bahalı tarifləri saxlayıblar. Seçim şansı qoymayıblar. Limitsiz internet paketlərinin sayı azalıb qiymətini qaldırıblar. Xəbərdarlıqsız ödənişli xidmətlərə görə kontur çıxır.

  • S
    Sarxan 10 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Əvvələr arada kфmpaniya ilə internet gəlirdi, indi heç o da yoxdur, birdəki tarif dəyişmək istəyirsən, alınmır, gərək mb ola belə şey olmaz axı.

Bələdçi.az saytının Azercell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Azercell Baku reyler, azercell haqqinda reyler, Azercell shikayet, azercell reyler, Azercell kampaniyalar, Azercell sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Azercell barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq