Azercell haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Azercell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Azercell barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (35)
-
Salam, hər dəfə kontur yüklədiyimdə avtomatik GəncSim paketinə çıxılır. Nədən? Mən GəncSim paketinə qoşulmamışam. Sonra məlum oldu ki, hamıdan elə çıxılır-abunəçilərə xəbərdarlıq edilmədən çıxılır. Bir sözlə hamıdan GəncSim paketi üçün pul çıxılır, əvəzində GəncSimin vəd etdiyi internet paketi açılmır-işlətmək olmur, danışıq dəqiqələri də tez bitir. Azercell-ə çoxmu güvəndik, azerceli çoxmu təriflədik, ona görəmi bu caamata belə xəyanət edir. Nədir bu məsələ? Taarif qiymətlər qaldırılıb, paket qiymətlər qaldırılıb, daha nə istəyirsiniz? Camaatı taarifə məcbur qoşmaq? Heç azercell-ə yaraşdırmadım :(((
Ardını oxu... -
Xaricdə oluram, hər 2 həftədən bir azercell nömrəmə kontur vurmağa məcburam yoxsa bloklanır. Zəng etmirəm, mesaj yazıram, internetdən istifadə etmirəm, bəs bu konturlar hara gedir?
-
Azercell-in fəaliyyətindən heç məmun deyiləm, xüsusilə müştəridən icazəsiz balansdan vəsait çıxılması xoşagəlməz haldır.
-
Mən internet işlətmirəm, zəng mesaj etmirəm, nömrəm açıq qalsın deyə kontur vururam, konturları öz başına çıxılır. 2 AZN oğurlanır, bezdim, artıq pul vurmaqdan nömrəni bağladacam, mənə lazım deyil belə nömrə.
-
Mən yanvar ayında gmax paketini götürmüşəm, 2 təsdiq mesajı gəlmədiyini görüb, yenidən götürmüşəm, balansımdan 2 dəfə pul çıxıblar, pulumu geri qaytarmırlar.
-
Özbaşına tarifləri ödənişli və icazəsiz balansdan çıxılır, bu sizə olan dəyərinizi itirdiyiniz anlamına gəlir. (Heç bir ölkədə belə şey yoxdur)
-
"Hər yerə tarifi" ilə müqaviləsiz, özbaşına nömrəmdən oğurlanan 2 AZN məbləği nömrəmə qaytarmağınızı tələb edirəm. Sadə telefondur. İnternet işlətmirəm. Bu layihəni fikirləşənə, tətbiqinə icazə verənə nifrətim var.
-
Bu nə deməkdir, mən kasıb insanam, kontur yükləyirəm, hər ay 2 AZN pul çıxılır, mən neynirəm belə bir tarifi tədbir götürülsün.
-
6 mart 15:22 azərcelin balansımdan özbaşına 2 AZN çəkməsi və mesaj vasitəsilə "gənc simə" qoşulmusunuz yazaraq hər ay bu özbaşınalıq davam edəcəyini bildirməsi məni özümdən çıxarır, tətbiq vasitəsilə online çata yazıb heç nə etmədiyimi bildirərək vəsaitimi geri tələb etdim. Süni intellekt heç nəyə məhəl qoyulmadı. 25 dəqiqə verib guya, gözlərinə girsin 5 saniyəni 1 dəqiqə kimi qeyd edir. Çox açıq quldurluqdur. Abonentin xəbəri və razılığı olmadan edilən əməllər vətəndaşa qarşı cinayətdir.
-
Məcburi şəkildə telefonumuzda 2 AZN-dan artıq kontur olarsa çıxılır, MB və Danışıq dəqiqəsi verir. Qaynar xəttlə əlaqə saxlamışam, deyir bütün istifadəçilərə keçərlidir. Bu soyğunçuluqdur, özbaşına ölkənin özbaşına və yaramaz şirkəti. Hər gün bu şirkət özünü soydürməsə rahat olmur da.
Bələdçi.az saytının Azercell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Azercell Baku reyler, azercell haqqinda reyler, Azercell shikayet, azercell reyler, Azercell kampaniyalar, Azercell sikayet, unvan
Bakıda
