Aztelekom haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Aztelekom haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Aztelekom barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (93)
-
Salam, Ağdərə rayonunun Çapar kəndinin sakiniyəm. Bir həftə bundan öncə Aztelekom işçiləri tərəfindən internet xətti çəkdirmişəm, 25 manat ödəniş olunub, 5 manat əl haqqı vermişəm. Məni aldadıblar, sizin işçilər vurub, sabah açılacaq, lakin nternet xətti açılmır. Çox xahiş edirəm, bu işə baxın. Ev nömrəsi 2896
-
2 gündür internet yoxdur. 19.01.2026-cı il tarixində 155 çağrı mərkəzinə zəng etmişəm. Deyir ki, "işdən icazə alın, gəlin, biz saat beşə qədər işləyirik." Mən bilmək istəyirəm, niyə əvvəllər saat 6:30-a qədər gələ bilirdilər, indi gəlmirlər. Belə çıxır ki, işləyənlərin interneti xarab olubsa, bərpa edilmir?
-
Sumqayıt şəhərində rabitə işçiləri bütün abonentlərə kobud davranırlar. 01******** nömrəsinə zəng vururam, mənə kobud davranıb telefonu qapadır. Bu necə qurumdur belə? 4 gündür internetim işləmir, heç kim maraqlanmır və müraciətim qəbul olunmur.
-
25 dəqiqədir internet yoxdur, kabel qırılıb, gəlib maraqlanan yoxdur. Tək mənim yox, küçədə bir neçə nəfərin interneti işləmir. Bu günə kimi, 5 yanvara qədər hər gün 170 qaynar xəttə zəng edirəm, müraciətiniz qeyd alındı yazır, sonra həll edildi yazır, amma heç kim gəlmir, baxmır, yenə həll edildi yazır.
-
Salam, çox xahiş edirəm, şikayətimə baxılsın. Sumqayıt Aztelekomu yığmışam, şikayətimi bildirirəm. 01******** bu nömrəyə zəng etmişəm, işçi mənimlə elə səs tonuyla danışır ki, deyirəm, setimiz yoxdur, deyir, bu nə danışıqdır?
-
Biabırçılıq. Aztelekomda bir dənə proqramçı, şəbəkə sistemi bilən adam yoxdur! İnternet şifrələrini və ayarları sıfırlayıblar. İnternetə qoşulmaq olmur. Biraz əvvəl 5 nəfər zəng edib; hamısının kompüter anlayışı ibtidai sinif səviyyəsindədir və bu məsələni düzəltmək üçün bacardıqları şeylər: internet parolunu dəyişmək və yandırıb söndürmək 😂😂. Çox gülüncdür, şəbəkəyə qoşulmaqla bağlı problemi internet parolu dəyişməklə həll etməyə çalışırlar. Mən onlara başa sala bilmədim ki, əllərindəki paneldən ayarları dəyişmək lazımdır. Əvvəl 192.168.1.1-ə giriş edib özüm həll edirdim. Soruşuram ki, siz nə ixtisas bitirmisiniz, kompüterlə bağlıdır? Deyir yox, mən elə-belə oturub, sadəcə izləyirəm 😂 Biabırçılıq, vallah 😂😂😂 İbtidai dərəcədə kompüter anlayışları var.
Ardını oxu... -
İnternet əladır, amma 25M olması pisdir. Kiminsə firmasını alçaltmayın, ay insanlar onlara deyirlərsə, onlar ona tabedir, əla internetdir. Amma Meqalink internetini heç kəsə tövsiyə etmirəm, pul ödəyirəm, başqası üçün gedir. Ən yaxşısı Aztelekomdu. 🖤
-
01.12.2025 tarixində Aztelecom internetə qoşulduq. 03.12.2025 tarixində yeni 2 gün sonra işləmədi, səbəb də xəttə problem var. 2 gün belə işləmədi. Cavabları da "vaxtımız olanda düzəldərik".
-
Sizi şikayət edəcəm.
-
1 ulduz belə düşmür sizin xidmətə. Bu necə şirkətdir? Nə iş işləmək olur, nə normal oturub bir şey izləmək olur. Düzəldində, ödədiyimiz pullar haram olsun. İnsanın bütün əsəbləri korlanır.
Bələdçi.az saytının Aztelekom şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Aztelekom Baku reyler, aztelekom haqqinda reyler, Aztelekom shikayet, aztelekom reyler, Aztelekom kampaniyalar, Aztelekom sikayet, unvan
Bakıda
