Aztelekom haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Aztelekom haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Aztelekom barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (93)
-
170 qaynar xəttdə zəng vururam, pulunu çatdıra bilmirəm, sizə düşə bilmirəm, siz pul qazanmağa yaratmısınız qaynar xətti? Sizin şirkətdən imtina edirəm.
-
Salamlar olsun sizlərə. Aztelekom internet şirkətinə 31 AZN ödəyirəm, xidmət çox pisdir. Tv Sport yayımları işləmir. Şikayətə baxan yoxdur.
-
25-8-52-79 internet işləmir
-
Xəttin zədələnməsi ilə 5 gündür internet işləmir, dəfələrlə çağrı mərkəzinə, qovşağa məlumat verilməsinə baxmayaraq maraqlanan yoxdur. Özbaşınalıq baş alıb gedir, qovşaqdanda deyirlər ki, montyor çağır düzəltsin, rüşvətxorluq bürüyüb, Aztelekomdan imtina edəcəm.
-
Pulu ödədiyim halda internet işləmir, aiddiyatı quruma dəfələrlə müraciət etdiyim halda heç kim baxmır, iyunun 25 ödəniş etdim, iyul ayında təkrar ödəniş etməliyəm, halbuki isrifadə etməmişəm, internet işləmir!
-
İnternet pulunu ödədiyim halda borca görə bağlanıb, düzəlməyçin 3 gün iş günü vaxt istəyir, mənsə pulunu ödədiyim halda internet siz qalmışam, bir il tamam olan kimi aztelekom imtina edəcəm!
-
16.04 2025 tarixindən pis hava şəraiti ilə əlaqədar internet kabelləri zədələnmişdi və internet həmin gündən kəsilib. Aylıq internet haqqını isə 3 gün əvvəl ödəmişdim. Bu gün artıq 10 gündür ki, internet yoxdur. Mən dəfələrlə həm əməkdaşlara, həm də Aztelekoma zəng edərək bu barədə məlumat vermişəm. Hələ də heç bir xəbər yoxdur. Çox məsuliyyətsizdirlər.
-
Artıq 5 gündür internet xətti qırılıb təmir edən yoxdur. Bugün sabah, bugün sabah həftə tamam oldu. 25 AZN ödədiyim günün sabahı oldu. Çox peşman oldum, pul ödədiyim üçün. Xidmət sıfır.
-
Mənə ödəniş etdim, mənim internetim açılmayıb, dedilər ödəyin, amma açılmadı. Operatorlarda çox mədəniyyətsiz və yalançı adamlardır, yalanda mənə nömrə verdilər, nömrələrdə aktiv deyil, çox pis bir şirkət olduğunu bildim.
-
Aztelekom qədər pis zəif wifi heç bir yerdə yoxdur, nə instagramda video açılır, nə də tiktokda belə wifi olmaqdansa olmasın daha yaxşıdır.
Bələdçi.az saytının Aztelekom şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Aztelekom Baku reyler, aztelekom haqqinda reyler, Aztelekom shikayet, aztelekom reyler, Aztelekom kampaniyalar, Aztelekom sikayet, unvan
Bakıda
