Aztelekom haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Aztelekom haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Aztelekom barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (93)
-
Bir həftə bundan əvvəl 25 AZN ödəniş etmişəm, amma 100-lük sürət yoxdur. İnternet çox zəif işləyir. Adi WhatsApp mesajı yazanda gec gedir, internetdə də ləngimələr var. Bundan əlavə, şirkətinizə zəng edirəm, amma mənzil başına heç bir usta gəlmir və ciddi tədbir görülmür. Dəfələrlə zəng etdim, konturum gedir. Ev telefonu ləğv edilib. Nömrəm 05******** qeydiyyata alınıb, lakin heç bir usta zəng etməyib. Mingəçevir ofisiniz əlaqə saxlamır. Usta göndəriş edirsiniz, nə gələn var, nə də zəng edib maraqlanan. Yeni provayderə keçmisiniz, niyə ciddi tədbir görülmür? Modemin sisteminə baxılmır, naqillər cihazlarla yoxlanılmır. Əvvəllər zəiflik olanda özüm sistemə girib restart verirdim, amma indi sistemə daxil olmaq mümkün deyil. Sürət 2.25-3 mbps arasında oynayır, elə olur heç sürəti yoxlamaq belə olmur, və hətta mesaj da gəlmir. Hörmətli müştəri, yaranan texniki nasazlığa görə üzr istəyən yoxdur və texniki nasazlığın aradan qaldırılması haqda müştərilər məlumatlandırılmır. Belə mənfi hallar yaradılsa, bütün müştərilər şirkətinizi tərk edəcək və digər provayderin abunəçisi olacaq.
Ardını oxu... -
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
-
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
-
İnternetin sürəti çox zəifdir, həddən artıq. Zəng edib 2 dəfə müraciət etmişəm, amma baxan yoxdur.
-
Salam. Şəki şəhərində N.Nərimanov küçəsində internet çox zəifdir, hal-hazırda demək olar ki, heç yoxdur. Dəfələrlə deyilsə də, əməl edən yoxdur. Bunun pulunu qaldırıb 21 manatdan 27 manat etdiniz, heç olmasa internet verin də biz də istifadə edək, yeni boş yerə pul verməyək.
-
May ayında çəkilmiş interneti, evdə təmir olduğu üçün istifadə etmədiyimdən bağlatdırmaq istədim. Məndən 110 AZN tələb etdilər, ya da ödənilmədiyi halda 140 AZN cərimələnəcəyim bildirildi. Səbəb? Mən 18 AZN-ə qol çəkmişəm, 25 AZN-ə yox. Əgər məsələ modemlə bağlıdırsa, modemi götürsünlər, mənə lazım deyil.
-
Çox pis xidmətləri var. İnternetin sürəti çox aşağıdır. Dəfələrlə zəng vurub demişəm, amma heç kim baxmır.
-
İnternetin qiymətini qaldırıb, amma sürət artmayıb. Yalan vədlərlə bizi aldadırsınız. Mən şəxsən xidmətinizdən narazıyam və Aztelecom-u başqa şirkətlə əvəz edəcəyəm. Siz bizi məyus etdiniz.
-
Salam, mənim internetim işləmir, xahiş edirəm, baxasınız.
-
Müqavilə imzalanmışdı ki, internet üçün 18 manat ödəniləcək, lakin məbləğ 25 manata qalxdı. Ən azından müqavilədə 1 illik müddət qeyd olunmuşdu. Bu qədər qiymət artımı heç də düzgün deyil.
Bələdçi.az saytının Aztelekom şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Aztelekom Baku reyler, aztelekom haqqinda reyler, Aztelekom shikayet, aztelekom reyler, Aztelekom kampaniyalar, Aztelekom sikayet, unvan
Bakıda
