Bakcell haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Bakcell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bakcell barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (180)
-
Salam, Bakcell ə(555) zəng edirəm, saatlarla götürən yoxdur. Çat xidməti var, cavab verən yoxdur. Özü özünə xidmətlərə qoşulur. Çox bərbad sistem qurmusunuz. Zəng edirsən, boş boşuna qəpik gedir. Məqsədiniz nədir, mərd olun deyin, bizdə bilək.
-
Bakcelldən şikayətçiyəm. Nömrəmdən bir neçə dəfə pul çıxılıb, hər dəfə maraqlanmışam, deyiblər ki, hansısa xidmətə qoşulmuşam. Mənim xəbərim olmadan hansı xidmətə və necə qoşulmuşam? Bu çox maraqlı məsələdir. Bunu görüb bir neçə müddət bundan əvvəl zəng etdim 555 dedim ki, xahiş edirəm, mənim nömrəmi mənim razılığım olmadan heç bir xidmətə qoşmayın, boş boş sms-lər göndərməyin, mənə onlar maraqlı deyil. Dedilər ki, narahat olmayın qeyd etdik, nəzərə alınacaq. Cari ilin 23 oktyabr tarixində sms gəldi ki, hansısa paket yeniləndi. 21 manat konturum var idi, bir də gördüm ki, 8.50 manat qalıb. Bununla bağlı yaxınlaşdım Bakcellin Müştəri xidmətlərinə mənə dedilər ki, sms-i deaktiv edin, kontur çıxmasın. Qeyd etdim ki, mən heç bir paketə qoşulmamışam. Mənə bildirildi ki, telefonuma göndərilən sms-ə əsasən xidmət 2 gün pulsuz, sonrakı günlərdə isə hər gün üçün 0.25 qəp. pul çıxılıb. Mənim razılığım olmadan nə üçün Bakcell tərəfindən nömrəmi həmin paketə qoşub 21 manat məbləğində olan konturumu çıxıb 8.50 man ediblər? Dedilər ki, rəhbərliyin tapşırığıdır. Bakcellin rəhbərliyi Azərbaycan vətəndaşından oğurluq etməyi tapşırıb? Bu çox maraqlı yanaşmadır. Oğurluq özgənin əmlakını gizli olaraq talamadır. Bu hal da, gizli şəkildə vətəndaşın pulunu oğurlamaqdır. Tarifləri qaldırmaq istəyirlərsə, bunu şəffaf şəkildə etsinlər, hamı bilsin. Vətəndaşdan gizli şəkildə oğurlamaq eyib deyilmi???
Ardını oxu... -
555 qaynar xətt operatorları günün istənilən vaxtı cavab vermirlər və boş-boşuna hesabdan pul çıxılır. Ümumiyyətlə, şikayətimizə baxanda yoxdur. Şəkildə qeyd eləmişəm. Əgər bu yaratdığınız Bakcell proqramını yarada bilmirsinizsə, boşuna vətəndaşların əsəbləri ilə oynamayın. Tarifin dəyişilməsi mümkün deyil. Qeyd etmisiniz ki, Bakcell tətbiqi pulsuzdur. Tətbiqə daxil olmaq olur ki? Ümid edirəm, bu şikayətim hansısa əməkdaş tərəfindən DİQQƏTƏ ALINAR.
-
Bakcell-dən şikayətçiyəm. Mənim xəbərim olmadan mesaj göndərir ki, sizdən 6 manat çıxılacaq. Zəng vururam ki, məlumat alım, amma 2 gündür telefona cavab verən yoxdur. Belə məsuliyyətsiz şirkət heç bir yerdə yoxdur!
-
Salam. Şikayətim var. Mən 13 AZN kontur yükləmişəm saat 8:50-də. Saat 9:07-də balansda 3.69 AZN qalması ilə bağlı bildiriş gəlib. 10-15 dəqiqə ərzində 10 AZN necə istifadə edilə bilər ki? Mən bu zaman ərzində heç internetdən istifadə etməmişəm, yalnız m10-da Bakıkartdan istifadə etmişəm və Bakcellin internet paketlərinə baxmışam. İzah edin, xahiş edirəm, bu nə fırıldaqçılıqdır?! 10 AZN durduq yerdən hara gedə bilər? Sizin fırıldaqçılığınıza görə əlavə 9 AZN yüklədim. Bu məsələ araşdırılsın. Mən artıq bezdim, hər ay sizin bu fırıldaqçılığınızdan!
-
Minimum sərfiyyat tələbi adı ilə balansımdan 1.00 AZN pul çıxıb, mənə 60 dəq və 1GB verirlər. Ləğv etmək istəyirəm o da olmur. Düzəldin bu biyabırçılığı.
-
Camaatı dolamısınız, 67 qəpik nədir, hər dəfədə tutursunuz. Zəng edirəm, operator da götürmür.
-
Здравствуйте, сегодня были у вас в городе Гянджа на улице Сабир где обслуживают абонентов. Такое ощущение, как будто мы к ним домой пришли, не было бейджиков с именами. 12:30 уже ушли на обед, зачем тогда график? Кроме девушки и парня которые на входе, остальные грубые какие. Все клиенты были недовольные примите меры пожалуйста!
-
Mən sizi məhkəməyə verəcəm. Yəqin ki, danışıqlar qeydə alınıb. Mənə səhv məlumat verdiniz. Mən nə edirəm 17 manata 1.5 GB interneti? Mənə 10 GB demişdiniz.
-
Tarifim "Doğma Cənub"dur, Qubadan Qubaya danışmışam. 45 dəqiqəyə yaxın danışmışam. Niyə məndən 3 AZN 15 qəpik çıxılıb? İki qəpikdən 1.20 AZN çıxılmalı idi. Milləti dolayırsınız. Bilmirsiniz, nə yollara əl atırsınız. Tariflər nəyə lazımdır onda? Şəkilləri çəkmişəm, faktla.
Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bakcell Baku reyler, bakcell haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan
Bakıda
