Bolt haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Mən Bolt-un yaxşı müştərisiyəm. İndiyə qədər heç bir sürücünü narazı etməmişəm, deyilən məbləği artıqlaması ilə ödəmişəm. Şikayət əsasında reytinqim 4.72-yə düşüb. Halbuki şikayəti əslində mən etməli idim. Sürücü çağırıram, 14 dəqiqə sonra deyir: "Gəlmirəm, sifarişi ləğv edin." Niyə? Deyirəm: "Siz ləğv edin", acığı tutur. Siz edəndə nə olur? Və ya 6 manat 20 qəpik yazanda məbləği tam ödədikdə xoşları gəlmir. Niyə 80 qəpik artıq ödəməliyəm? Nə isə... Bolt mənim ən çox istifadə etdiyim taksi xidmətidir. Reytinqimin haqsız şəkildə aşağı düşməsi mənə çox pis təsir etdi.
Ardını oxu... -
Salam. Mən sizin daimi müştərinizəm. Amma çox çox peşman olmuşam ki. sizin şirkətdən istifadə edirəm. Çox yarıtmaz fəaliyyət göstərirlər sizin sürücüləriniz. Sifarişi qəbul edib təyinat nöqtəsinə bir dəqiqə, iki dəqiqə, doqquz dəqiqə qalmış gedişi ləğv edirlər. Ləğv edəndirlərsə elə ilik sifarişdən ləşv etsinlər. Daha təyinat nöqtəsinə yaxın niyə ləğv edirlər. Çox narazıyam boltun fəaliyyətindən. Bu saat 9-dan boltla sifarişə başlamışam, saat 12-yə 20 dəqiqə işləyir mən hələ də taksi tapa bilmirəm. Sizin yarıtmaz sürücülərinizin ucbatından mən hələ də işə gedə bilmirəm. Gecikmə bir tərəfdən, əsəb də bir tərəfdən. Kim buna cavab verəcək. Siz yaxşı nəzarət etmirsiniz sürücülərə. 99 KR 060 Rişad, 77 NP 695 Mustafa, və başqaları da onlar kimi bir dəqiqə, doqquz dəqiqə qalmış otkaz gedirlər. Xahiş edirəm sürücülər haqqında tədbirlər görəsiniz. Əks təqdirdə boltun fəaliyyətindən növbəti narazı müştərilərdən olacam. Mənim bu gün sifariş verdiyim taksilərin hamısının siyahısı sizdə var. Sistemdə özünüz də görə bilirsiniz. 12 may 2025-ci il tarixində çəkdiyim əsəb və gərginliyimin mənəvi cavabı sizin yarıtmaz sürücülər haqqında lazımı tədbirlər görməyinizlə bağlana bilər.
Ardını oxu... -
09 may tarixində 77-LA-633 dövlət nömrə nişanlı Şkoda Rapid avtomobilinin sürücüsü xanım müştərini ünvandan götürüb, yolda düşürərək göstərilən ünvana — Sulutəpəyə getməkdən imtina etmişdir. Əgər tədbir görməsəniz, biz sürücünü və Bolt şirkətini etdiyi hərəkətə görə məhkəməyə verəcəyik. Kamera görüntüləri də mövcuddur.
-
Baküye büyük heyecan ve mutlulukla geldik. Havaalanından şehir merkezinin son durağına kadar havayolu otobüsü ile geldik. Oradan 29 nizami küçesine kadar 3.5 manata BOLT-tan taksi siparişi verdim. Evi bulamadı, iki üç kez aynı yerde dolandı durdu. Karşılığında 3.5 manat olan ücreti 8 manat olarak aldı.
-
Siz işə götürdüyünüz adamları heç olmasa yoxlayırsınız? Bu nə anormal adamlardi. Məhəllənin ortasında vəhşi kimi sürür uşağın üstünə, söy valideyni və davam elə. Necə heyvan olasan ki, bu cür davranasan. Teleb edirem sürücülərə nəzarət edin. Narkoman yığıncağıdı elə bil.
-
Не 1 год пользовалась, такси как такси. Пока не потеряла телефон. После пачки запросов через сутки мне написали, что водитель не смог найти телефон. Заявление в полицию составила, хотя, они этим, похоже, не стали не заниматься. Всё же, я склоняюсь к тому, что телефон потерялся именно в машине, поскольку я выходила на бетонную дорогу, и, если бы он выпал после выхода из машины, это было бы хорошо слышно и заметно. Поэтому, я снова отправила запрос по-человечески перепроверить машину, на что мне ответили, что "водитель уже сообщил, что не нашел, поэтому бла-бла-бла...". Я понимаю, что есть вероятность, что он действительно потерялся не в машине, или забрал кто-то из других пассажиров, но как они там искали и проверяли, я тоже, конечно же, не знаю. Такое впечатление, что они понимают, что полиция в этом случае не будет ничего делать, и подобные вопросы можно вот так вот, не парясь, заминать
Ardını oxu... -
Bugün saat 5 radələrini Naxçıvanda boltdan istifadə etdik. Yazıb narahat edir, sürüşlə bağlı lazımsız məlumatlar verib narahat edici sözlər deyir.
-
Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oynayırsınız!
-
Salam, bu sürücülərə xahiş edirəm, kimsə fikir versin əksəri, həddindən artıq köbud və çox əsəbi psixiki cəhətdən başdan xarab insanlar olur. Vallah, özümüzü zorla saxlayırıq, bunlar adamla elə danışırlar, elə bil bizim borcumuz var, onlara xahiş edirik, nəzər yetirəsiniz.
-
22 apreldə 115 saylı məktəbin yanında təxminən 14-00-da məktəbli ilə birgə taksl çağırdıq. Mən taksinin aralıda dayandığını görəndə ona yaxınlaşdıq. Sürücü məndən soruşdu ki, hara çağırmısınız taksi. Məktəbin yanında şifariş etmişik dedim. Azadlıq prospekti 183. Səhf çağırmısız ki, mən məktəbin arxa tərəfinə gəlmişəm dedi sürücü. Mən cavab verdim ki, sizin proqram səhv göstərib. Mən məktəbin yanında dayanıb çağırmışam. “Eləmi?” deyə sürücü taksinin qapısını örtün deyib bizdən hirslə uzaqlaşdı. Sizcə necə qiymətləndirmək olar belə kobudluğu? Yenidən taksi sifariş etməli olduq. Taksinin nömrəsi: birinci rəqəm 77, axırıncı 371. Ağ Toyota
Ardını oxu...
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
