App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bolt
Bolt

Bolt haqqında şikayətlər və rəylər

Taksi şirkəti Taksi şirkəti
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Siz bu səhifədə Bolt haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bolt barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


Rəylər (374)

5 ★
1%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
80%
  • F
    Famil 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, bu gün taksi zakaz etdim. Bizdən uzaq olduğu üçün yolun əks istiqamətinə keçməyi istədi. Razılaşdıq. Uşaq qucaqda, o yolda da piyada keçidi aşağıda olduğu üçün yol 4 dəq çəkdi. Maşına yaxınlaşanda maşın getdi və zakaza otkaz yazdı. Bu nə dərəcədə düzgündür? 77VX114 Elçin Gözelcə

  • A
    Anonim 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün Xırdalan, Günel ticarət mərkəzindən evə gələrkən İsmayıl adlı sürücü bizimlə çox kobud rəftar etdi; alternativ yol təklif etdiyimizdə bizə 3.50 manat əlavə ödəniş etməyimizi tələb etdi, nə yazacaq onu da verəcəyik deyirik, mənə naviqator haranı göstərirsə, mən oradan gedəcəyəm dedi, 4 xanım olduğumuz halda onun getdiyi yol bizə uyğun olmadığından məcbur olub taksidən düşüb avtobusa minmək məcburiyyətində qalmışıq. Onun bu hərəkəti, səsini yüksəltməsi, əlavə ödəniş istəməsi bizi çox əsəbləşdirdi, xahiş edirəm ölçü götürəsiniz.

  • Ə
    Ənvər 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən sizin xidmətdən mütəmadi istifadə edirəm. Sizin sürücü mənimlə düz rəftar etmədi; mənim 5 manatımı qaytarmadı, deyir ki, karta vurub, ancaq mənim dediyim karta vurmayıb. Və mənimlə çox kobud rəftar edir. Xahiş edirəm tədbir görəsiniz. 0504****80 nömrəsi budur

  • T
    Tahirə 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sizdən xahiş edirəm, sürücüləri işə götürərkən nevroloji baxışdan da keçirin. Bir çox sürücüləriniz hamısına aid deyil, özlərini apara bilmirlər, müştəri ilə davranmağı bilmirlər. Özünüz də maraqlanmırsınız, gediş necə oldu? Belə şey olar? Niyə mən taksiyə görə əsəb keçirməliyəm?

  • M
    Məmməd 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam bu gün taksi sifariş etmişdim, BYD markalı maşın idi, qeydiyyat nömrəsi axırı 897 ilə bitirdi. Yolun qırağından bir tanışım mindi, maşına heç 5 saniyə çəkmədi, dayanan kimi mindi. Yolun sonunda Elvin adlı şofer məndən əlavə 1 manat ödəniş istəyir? O pulun 1 manat olduğunu hardan təyin edir, bu sürücü ilə bağlı tədbir görün!

  • A
    Aytəmiz 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Yazılan heç bir rəydə cavabınızı görmürəm. Bir neçə müddətdir ki, Bolt sürücüləri əlavə ödəniş tələb edir, sizcə bu nə qədər doğrudur? Evdən endirimlə və ya endirimsiz taksi sifariş edirik, ünvana çatdıqda əlavə ödəniş; burada sürücülərin də heç bir günahı yoxdur, onlar da göstərilən məbləği tələb edirlər. Əgər mən gedişimin ödənişini endirimlə edirəmsə, endirimli ödənişi etməliyəm, əlavə deyil. Zəhmət olmasa, bu kimi problemlərə açıqlama verin.

  • V
    Vəli 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sürücü məndən 1 km məsafədə olmasına baxmayaraq məndən tələb etdi ki, imtina verib yenidən sifariş edim, mən dedim, etmirəm, o, məndən uzaqda olsa da çatdı, başladı dedi 3 dəqiqə vaxt geri getməyə, sonra özü imtina etdi, amma məndən 1 km uzaqda idi.

    • Şəkil
    • Şəkil
  • N
    Nurana 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, biraz əvvəl Bakı şəhərindən Toyota Corolla Sedan 90-YG-076 markalı avtomobillə Boltdan taksi sifariş verdim, kartla ödəniş üçün mənə mesajla təsdiq etməyimi tələb etdi. Niyə bu taksi sürücüləri ödənişin təsdiqlənməsini tələb edir? Mən də ləğv etmədim, son anda ləğv etdim, evimin önünə enib başqa proqramla taksi sifariş verdim ki, onunla gedim. Evimin önündə həmin taksini gördüm, məni şantaj etdi, "Gedəcəyin yerə get, görüm orda başqa nə gələcək." Mən də boş verib digər taksiyə mindim. Gedəcəyim ünvana gələndə həmin o məni şantaj edən taksi orada idi. Bolt sürücülərinin narkoloji və psixoloji testlərdən keçirilməsini tələb edirəm!

    Ardını oxu...
    • Şəkil
  • A
    ★
    ★
    ★
    ★
    ★

    77-QJ-419 nömrəli dövlət qeydiyyatlı maşın şoferi müştəridir. 20 AZN əlavə ödənilmiş vəsaitimi geri qaytarmadı.

  • N
    Nurlana 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Deməli mən dünən hardasa saat 18:30 olardı, 28 May küçəsindən Nəsrəddin Tusiyə taksi zakaz etdim. Ondan qabaq neçə taksi otkaz elədi, biri çatmağa 2 dəq qalmış yazdı təkərim buraxır. Bir də düz 15 dəq uşaqla gözlədim, danışdım 2 dəfə dedi gəlirəm. 5 dəq qalmış otkaz elədi, yığdım, qara siyahıya saldı məni. Səhər başqa nömrədən zəng elədim, deyir kartla ödəniş niyə edirsiniz, yaxşı elədim otkaz elədim. Xahiş edirəm bir tədbir görülsün. Görülməsə başqa qurumlara zəng edəcəm. XXX XXX XX XX nömrəsidir, taksi sürücünün nömrəsi.

Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bolt Baku reyler, bolt haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bolt barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq