Bolt haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Sizdən xahiş edirəm, sürücüləri işə götürərkən nevroloji baxışdan da keçirin. Bir çox sürücüləriniz hamısına aid deyil, özlərini apara bilmirlər, müştəri ilə davranmağı bilmirlər. Özünüz də maraqlanmırsınız, gediş necə oldu? Belə şey olar? Niyə mən taksiyə görə əsəb keçirməliyəm?
-
Salam bu gün taksi sifariş etmişdim, BYD markalı maşın idi, qeydiyyat nömrəsi axırı 897 ilə bitirdi. Yolun qırağından bir tanışım mindi, maşına heç 5 saniyə çəkmədi, dayanan kimi mindi. Yolun sonunda Elvin adlı şofer məndən əlavə 1 manat ödəniş istəyir? O pulun 1 manat olduğunu hardan təyin edir, bu sürücü ilə bağlı tədbir görün!
-
Yazılan heç bir rəydə cavabınızı görmürəm. Bir neçə müddətdir ki, Bolt sürücüləri əlavə ödəniş tələb edir, sizcə bu nə qədər doğrudur? Evdən endirimlə və ya endirimsiz taksi sifariş edirik, ünvana çatdıqda əlavə ödəniş; burada sürücülərin də heç bir günahı yoxdur, onlar da göstərilən məbləği tələb edirlər. Əgər mən gedişimin ödənişini endirimlə edirəmsə, endirimli ödənişi etməliyəm, əlavə deyil. Zəhmət olmasa, bu kimi problemlərə açıqlama verin.
-
Sürücü məndən 1 km məsafədə olmasına baxmayaraq məndən tələb etdi ki, imtina verib yenidən sifariş edim, mən dedim, etmirəm, o, məndən uzaqda olsa da çatdı, başladı dedi 3 dəqiqə vaxt geri getməyə, sonra özü imtina etdi, amma məndən 1 km uzaqda idi.
-
Salam, biraz əvvəl Bakı şəhərindən Toyota Corolla Sedan 90-YG-076 markalı avtomobillə Boltdan taksi sifariş verdim, kartla ödəniş üçün mənə mesajla təsdiq etməyimi tələb etdi. Niyə bu taksi sürücüləri ödənişin təsdiqlənməsini tələb edir? Mən də ləğv etmədim, son anda ləğv etdim, evimin önünə enib başqa proqramla taksi sifariş verdim ki, onunla gedim. Evimin önündə həmin taksini gördüm, məni şantaj etdi, "Gedəcəyin yerə get, görüm orda başqa nə gələcək." Mən də boş verib digər taksiyə mindim. Gedəcəyim ünvana gələndə həmin o məni şantaj edən taksi orada idi. Bolt sürücülərinin narkoloji və psixoloji testlərdən keçirilməsini tələb edirəm!
Ardını oxu... -
77-QJ-419 nömrəli dövlət qeydiyyatlı maşın şoferi müştəridir. 20 AZN əlavə ödənilmiş vəsaitimi geri qaytarmadı.
-
Salam. Deməli mən dünən hardasa saat 18:30 olardı, 28 May küçəsindən Nəsrəddin Tusiyə taksi zakaz etdim. Ondan qabaq neçə taksi otkaz elədi, biri çatmağa 2 dəq qalmış yazdı təkərim buraxır. Bir də düz 15 dəq uşaqla gözlədim, danışdım 2 dəfə dedi gəlirəm. 5 dəq qalmış otkaz elədi, yığdım, qara siyahıya saldı məni. Səhər başqa nömrədən zəng elədim, deyir kartla ödəniş niyə edirsiniz, yaxşı elədim otkaz elədim. Xahiş edirəm bir tədbir görülsün. Görülməsə başqa qurumlara zəng edəcəm. XXX XXX XX XX nömrəsidir, taksi sürücünün nömrəsi.
-
Bu gün səhər saat 11:55-də kartımdan 4.20 manat Bolt taksiyə ödəniş olunub, lakin 12.01.2026-cı il 16:52-də qeyd olunub, bu nə deməkdir? Mən evdə ola-ola, uşağım dərsdə ola-ola pul çıxılıb?
-
Salam, tətbiqdə yazılır ki, sürücü 10 dəqiqəyə çatır, nə qədər keçir, zəng edirəm, açmır, gəlmir ki, gəlmir. Vacib deyilsə niyə taksinizi sifariş verim!
-
Salam, biz kartla ödəniş etdik, gözlədik, gəlmədi. Uşaqla küçədə yolda qaldıq. Sonra zəng etdik, dedi səhv yerə girdim, sizi gözləyirəm. Biz də getdik, yarı yolda saldı, dedi səhv sərnişin imiş. Mən Bakıya gedirdim, nəyəsə bizim pulu karta geri atmadı. Xahiş edirəm, sizdən bizə yardım edin, o pulu görə bilmirəm. Zəng edirik, açmırlar, ona əsəb oluruq, plus da kartdan pul çıxır.
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
